Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub - FOTO

17.05.2019 21:13 1 684
Xalq artisti Roza Cəlilovanın 90 illik yubileyi qeyd olunub - FOTO
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunan yubiley gecəsi keçirilib.

Median.Az
report-a istinadən xəbər verir ki, tədbirdə Roza Cəlilovanın yaradıcılığından danışılıb, sənət fəaliyyətinə nəzər salınıb.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biri olub: "O, Azərbaycan xalq rəqslərinin mahir ifaçılarından birinə çevrilməklə öz sənəti ilə böyük səhnə peşəkarlığına malik olduğunu sübuta yetirə bilib".

Nazir qeyd edib ki , o, özfəaliyyət sisteminin qurulmasında özünəməxsus yer tutan insandır: "Daim Vətəni və mədəniyyəti sevən şəxsiyyətlərdən olub. Azərbaycanda rəqs mədəniyyəti daim yaşayacaq və əminəm ki, tələbələr öz ustadlarının adını yüksəklərə qaldıracaq".

Yubiley tədbirinin səbəbkarı Roza Cəlilova bütün təbriklərə görə Prezident İlham Əliyevə və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib.

O qeyd edib ki, dövlət başçısı rəqs sənətinə daim diqqət və qayğı göstərib: "Bu diqqət isə mənim üçün ən böyük hədiyyə olub. Yaşa baxmadan gözəl sənətimi daim zirvələrə qaldıracağam və bu mənim borcumdur".

Tədbir konsert proqramı ilə davam edib.

Konsertdə Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və “Xəzər” Universitetinin tələbələri, İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış ediblər.

Qeyd edək ki, Roza Cəlilova əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında başlayıb. Onun repertuarında milli rəqslərimizdən başqa ərəb, fars və bir sıra digər xalqların rəqsləri də yer tutur. Roza Cəlilova istedadlı xoreoqraf kimi uzun illər ərzində Azərbaycanda keçirilən el şənlikləri, xalq bayramları və bir sıra dövlət tədbirlərinin iştirakçısı olub, kütləvi xalq rəqslərinə quruluşlar verib.

скачать dle 11.3
Mojo.az Banner