Mojo.az Banner
20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |     19:20 Payızda saç tökülməsi niyə artır? - Trixoloq açıqladı  |     19:14 Bakıda hazırda bəzi yollarda sıxlıq var - SİYAHI  |     19:14 18 yaşlı tələbə qızın meyiti soyuducuda tapıldı  |     19:07 Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır  |     18:58 Mal əti niyə bahalaşır? - Video  |     18:50 Xalq artistinin səhhəti ilə bağlı ÜZÜCÜ AÇIQLAMA  |     18:48 11 milyardı götürüb Dubaya qaçdılar - İddia  |    
Mojo.az Avto
Mojo.az Avto

Eurovision 2019: Azərbaycan bu gün çıxış edəcək

16.05.2019 22:34 3 585
Eurovision 2019: Azərbaycan bu gün çıxış edəcək
Bugün İsrail paytaxtı Təl-Əvivdə keçiriləcək Eurovision 2019 Mahnı Müsabiqəsinin ikinci yarım-finalında Azərbaycan da iştirak edəcək.

Bakı vaxtilə saat 23:00-da başlayacaq tədbirdə Çingiz Mustafayev "Truth" mahnısı ilə 18-ci sırada çıxış edəcək.

Azərbaycanla yanaşı, bu yarım-finalda onun qonşuları Ermənistan və Rusiya da çıxış edəcək. İlk yarım-finalda iştirak edən Gürcüstan finala çıxa bilməyib.

Bu yarım-finalda 10 ölkə, səsvermə nəticələrinə əsasən mayın 18-də baş tutacaq finala çıxacaq.

Mahnı təqdim edildikdən sonra təxminən 15 dəqiqə səsvermə üçün zaman ayrılır. Telefon, SMS və ya Eurovision-ın rəsmi tətbiqi ilə səs vermək mümkündür.

Qaydalara görə, izləyicilər yalnız ölkəsinin iştirak etdiyi yarımfinalda, öz ölkəsi istisna olmaqla, səs verə bilərlər. Bir nəfər 20 dəfə səs verə bilər, amma öz ölkəsinə yox.

Telesəslər nəticələrin 50 faizini təşkil edir. Digər 50 faizi hər ölkədən olan jüri tərəfindən verilmiş səslər nəticəsində bəlli olur.

İlk yarım-final mayın 14-də keçirilib. Sayca 64-cü Eurovision Mahnı Müsabiqəsinin final isə 18 mayda keçiriləcək.

Ötən il İsrailin təmsilçisi Netta "Toy" mahnısı ilə qalib gəldikdən sonra tədbirə sahiblik Təl-Əvivə keçib.

İsrailin 2018-ci il təmsilçisi Netta

Lakin ölkənin insan haqlarının pozulması reytinqinə görə müğənnilər və media təşkilatçıları tədbiri boykot etməyə çağrılıb.

Yanvar ayında Britaniyanın məşhurları Xanım Vivienne Westwood, Peter Gabriel, Roger Waters, Mike Leigh, Maxine Peake və Wolf Alice qrupu BBC-ə məktub yazaraq tədbiri işıqlandırmamağa çağrılıb.

Sənədi imzalayanlar İsraili Qərb sahili, şərqi Qüds və Qolan yüksəkliyinin işğalına görə tənqid ediblər.

"Eurovision ola bilər ki, yüngül əyləncədir, amma bu, insan haqlarını gözardı etmək üçün istisna deyil və biz İsrailin fələstinlilərin insan haqlarını sistemli pozmasına etinasız yanaşa bilmərik".

Başqaları isə təklif edilən boykota qarşı çıxıb. Onlar deyiblər ki, Eurovision-ın "birlik ruhu hücum altındadır".

Müğənni Madonna da insan haqlarına görə İsraili boykot etməyə çağrılanlar arasında olub. Bu səbəbdən müsabiqənin fasiləsi zamanı iki mahnı ifa etməli olduğu iddia edilən müğənninin çıxışı sual altında qalıb.

Yarışma təşkilatçıları həmin vaxt bildirib ki, hələ müğənni ilə şou arasında müqavilə imzalanmayıb.

Lakin mayın 16-da Madonna-nın final günü tədbirdə çıxış edəcəyi təsdiqlənib, Franse 24 kanalı İsrailin ictimai televiziyasına istinadən yazıb.

Eurovision 2019 Mahnı Müsabiqəsinin finalı mayın 18-də keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner