Mojo.az Banner
22:03 Millimiz Qazaxıstana məğlub oldu  |     21:56 Salyanda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb  |     21:50 Kart ödənişləri üzrə komissiya limitləri kimlərə şamil olunacaq?  |     21:46 Hikmət Hacıyev Kayrat Sarıbayla AQEM sammitini müzakirə etdi  |     21:40 Tramp "müqəddəs" fotosunu sildi  |     21:35 Yeni koronavirus ştammı "Cicada" - Uşaqlar xüsusi risk altında ola bilər  |     21:26 Bəhreyn İraqa nota verdi  |     21:18 Bakının bu məktəbində şagirdlər QR kodla yoxlanılır  |     21:13 Bakıdakı yollardan birində sürət həddi endirilib  |     21:06 Yol polisindən sürücülərə MÜRACİƏT  |     21:00 Hansı yollarda qırmızı işıqda keçmək olar? - Video  |     20:54 Azərbaycanda ev kirayələmək bahalaşdı: Aylıq orta qiymət min manatı keçdi  |     20:52 Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi  |     20:45 Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki  |     20:39 Borcunu tələb edəni vurdu, 1 il islah işlərinə məhkum edildi  |     20:32 Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi  |     20:27 28 mayda əfv sərəncamı imzalana bilər? (AÇIQLAMA)  |     20:21 Dayanacaqda yatan şəxsin pulu, telefonu və eynəyi oğurlandı  |     20:14 Ehsan, yoxsa xeyriyyəçilik - Hansı daha çox savab qazandırır?  |     20:09 Ötən həftə baş verən hadisələr nəticəsində 9 nəfər ölüb  |    
Left Banner
Right Banner

Azərbaycanda 700 quşun adı dəyişdirilə bilər

16.05.2019 13:03 2 732
Azərbaycanda 700 quşun adı dəyişdirilə bilər
"Bəzi quş növləri adlarının dəyişdirilməsi ilə bağlı yekun qərar Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib”.

Median.Az
xəbər verir ki, bunu "Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib.

O xatırladıb ki, məlum məsələ ilə əlaqədar bir müddət əvvəl tərkibində AMEA-nın Zoologiya İnstitutu, institutun Naxçıvan filialının Bioresurslar İnstitutu, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin aparıcı ornitoloqlarından ibarət komissiyya yaradılıb: "Uzun müddətli müzakirələrdən sonra quş adların bəziləri dəyişdirildi, bəziləri qaldı, bəziləri isə iki adla qeyd edildi”.

İnstitut direktoru bildirib ki, yekun qəbul edilən qərar Akademiyanın Biologiya və tibb elmləri bölməsinə verilbi: "Məsələ bir daha müzakirə edildi və bəzi xırda dəyişikliklər edilərək ümumilikdə 700-ə yaxın quş növünün adı Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına göndərilib. Sadəcə mətbuatda şou yaratmaq naminə məhz 20 quş növünün adı gündəmə gətirildi”.

E.Yusifov qeyd edib ki, Azərbaycan faunasında 402 quş növü təsdiq edilib və onun içərisində fikir ayrılığı yaradan 20 adın içərisində təxminən yarısını birmənalı şəkildə saxladıq: "Quşlara veriləcək milli adlarımız olduğu təqdirdə rus adlarının verilməsini məqsədəuyğun hesab etmədik”.скачать dle 11.3
Mojo.az Banner