Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Sabunçuda tanışını "qadınla cinsi əlaqədə" olmaq üstündə oldürən şəxs 17 il cəza alıb

16.05.2019 11:19 4 380
Sabunçuda tanışını
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Azad Dandışın CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il sentyabrın 30-da Sabunçu rayonu ərazisində tufeyli həyat tərzi keçirən Valeriy İsakovun (1984-cü il təv.) baş və burun nahiyəsində xəsarətləri olan meyitinin eyni adlı qəsəbədəki evində tapılması barədə Sabunçu RPİ 12-ci polis şöbəsinə məlumat daxil olub.
Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu RPİ 12-ci polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.

Dindirilərkən saxlanılan şəxs bildirib ki, İsakovun başına dəfələrlə küt alətlə zərbələr vurub.

İstintaq zamanı məlum olub ki, onlar heç yerdə işləməyib, mütəmmadi spirt qəbul ediblər, səfil həyat keçiriblər. Hadisədən əvvəl adətləri üzrə ucuz araq alaraq içmək qərarına gəliblər. Bu dəfə onlara tanış qadın da qoşulub. Sərxoş olandan sonra tanışlar həmin qadınla birinci kimin intim
əlaqədə olacağı üstündə mübahisə ediblər. Söz mübahisəsi davaya çevrilib və nəticədə qətl baş verib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner