Mojo.az Banner
17:18 Bu avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     17:13 Ana südünü soyuducuda və dondurucuda nə qədər saxlamaq olar?  |     17:11 Bulvar İdarəsinin keçmiş sədrinin məhkəməsində ŞOK İDDİA: 60 nəfərlik gəmiyə 430 sərnişin mindirilib  |     17:10 Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ - Şikayət - VİDEO  |     17:07 Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?  |     17:01 Elektron pul köçürmələri ilə bağlı yeni hədd müəyyənləşdi  |     16:59 Xəzərdə qanunsuz balıq ovlayan şəxs saxlanıldı  |     16:55 Nigar Fərhadın əri HƏBS EDİLDİ - FOTO  |     16:34 Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı  |     16:20 Sabah güclü külək əsəcək - Sarı xəbərdarlıq  |     16:10 FHN-dən kritik xəbərdarlıq: Bu çimərliklərə getməyin  |     15:59 Tikinti fırıldaqçıları: Röyal Masıyevdən şikayət var  |     15:52 General rəisi vəzifəsindən azad etdi  |     15:45 Bakıda iki yeni metro tuneli inşa ediləcək  |     15:31 "Azərbaycan İranı qardaş ölkə hesab edir" - Hikmət Hacıyev  |     15:19 Qaranlıq kapitaldan separatçılığa uzanan yol - Ruben Vardanyan kimdir?  |     15:07 Bakıda fəhlə iş başında öldü  |     15:00 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     14:54 Hava ilə bağlı xəbərdarlıq - Yağış yağacaq, şimşək çaxacaq  |     14:48 Yaşa görə sosial şəbəkə tələblərinə görə cərimələr müəyyənləşdi  |    
Left Banner
Right Banner

Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edirAlimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir

15.05.2019 22:57 3 260
Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edirAlimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir
Kembric Universitetindən olan alimlər yeni elmi mərkəz yaratmağa hazırlaşırlar. Mərkəz Yer kürəsi iqlimini "düzəldəcək" texnologiyaların işlənib hazırlanması və öyrənilməsi ilə məşğul olacaq. Tədqiqatçılar, həmçinin iqlim dəyişmələri kimi təbiət üçün fəlakətli problemlərin həllində son dərəcə radikal geomühəndislik yanaşmalarını, məsələn, planetimizin qütblərinin təkrar dondurulması, həmçinin atmosferdən karbon qazının təmizlənməsi kimi məsələləri nəzərdən keçirməyə hazırlaşırlar.

Median.Az AZƏRTAC-a istinadən bildirir ki, bu cür elmi mərkəzin yaradılmasına səbəb alimlərin hazırda ətraf mühitin qorunması üçün istifadə edilən yanaşmaların insan fəaliyyəti nəticəsində planetə vurulan təhlükəli və bərpaolunmaz zərərin qarşısını ala bilməməsi olub. Layihə müəllifləri hesab edirlər ki, onların ilk təşəbbüsü atmosferə atılan karbon tullantılarının səviyyəsinin və onların qatılığının əhəmiyyətli dərəcədə azalmasına həqiqətən də kömək ola bilər.

Layihəni Britaniya hökumətinin sabiq elmi müşaviri, professor Devid Kinq əlaqələndirir.

"Yaxın 10 il ərzində biz bəşəriyyətin gələcəyini növbəti 10 min il üçün müəyyən edəcəyik. Dünyada buna bənzər məsələlərlə məşğul olan digər belə bir elmi mərkəz yoxdur", - deyə Kinq BBC-nin jurnalistləri ilə söhbətində bildirib.

Kinq tərəfindən təsvir edilən və müzakirə olunan problemin həllində gələcəkdə bizə yardım edəcək ideya nümunələri daha çox geomühəndisliklə bağlıdır. Yer kürəsi iqliminin bərpası mərkəzinə doktor Emili Şakburq rəhbərlik edəcək. O, mərkəzin əsas vəzifəsinin iqlim problemlərinin həlli olmasını müəyyən edib. Mərkəzdə təkcə iqlimşünas-alimlər deyil, həm də mühəndislər və sosioloqlar da fəaliyyət göstərəcəklər.

"Qarşımızda tariximizin ən mürəkkəb və mühüm məsələlərindən biri durur və biz onun həllinə bütün məsuliyyətimizlə və səylərimizlə yanaşmalıyıq", - deyə Şakburq qeyd edib.скачать dle 11.3
Mojo.az Banner