Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı | 17:01 Lənkəranda avtomobil 10 yaşlı uşağı vuraraq öldürüb | 16:59 Prezident Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi təsdiqlədi | 16:40 Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi | 16:16 "TikTok"da telefon satışı adı ilə dörd nəfəri aldadıb pullarını qumara qoydu – Cəzalandırıldı | 16:13 Orta aylıq maaşla Bakıda ev almaq: "50 il lazımdır" | 16:08 Ramiz Mehdiyev evdən qoşuldu, qızı iclasa gəldi - Əli Kərimlinin məhkəməsi | 15:01 Deputat Fazil Mustafa QHT-lərlə bağlı yeni qaydaları izah etdi: Məqsəd nədir? | 14:58 Vilyam Hacıyev azadlığa buraxıldı | 14:49 Müştəri avtoservisdə ustanın beş min manatını oğurladı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı boksçu Sarkisyanı məğlub etdi - VİDEO

10.05.2019 13:04 4 697
Azərbaycanlı boksçu Sarkisyanı məğlub etdi - VİDEO
Azərbaycanlı boksçu Rahil Məmmədli (91 kq) Rusiyada kişi boksçular arasında “Sankt-Peterburq qubernatorunun kuboku”nda 1/4 final mərhələsində ermənistanlı boksçu Henrik Sarkisyanla görüşüb.

Bununla bağlı Azərbaycan Boks Federasiyası məlumat yayıb.

Döyüş zamanı azərbaycanlı boksçu rəqibinə heç bir şans verməyərək, layiqli qələbə qazanıb – 4:1 (28:27, 29:26, 29:26, 27:28, 29:26).

R.Məmmədlidən başqa, 10-cu dəfə keçirilən ənənəvi beynəlxalq turnirdə Məhəmməd Abdullayev (+91 kq) və 52 kq çəki dərəcəsində qüvvəsini sınayan Məsud Yusifzadə də adını yarımfinala yazdırıb.

Onlardan fərqli olaraq, Kamran Şahsuvarlı (75 kq) rusiyalı Aleksey Semikinə, Rauf Rəhimov (81 kq) özbəkistanlı Kozimbek Mardonova məğlub olub.

Qeyd edək ki, yarışda 15 ölkə yığması mübarizə aparır.


Son xəbərlər