Mojo.az Banner
21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir - FOTO

07.05.2019 17:18 2 095
26 ildir Ukraynada itkin düşən həmyerlimiz tapıldı, Azərbaycana gəlir - FOTO
İyirmi altı ildir Ukraynada itkin hesab edilən həmyerlimiz Şükürov İlham Ağamirzə oğlu Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Vətənə yola salınıb.

AZƏRTAC xəbər verir ki, həmyerlimiz bu müddət ərzində Dnepr şəhərində baxımsız vəziyyətdə yaşayıb.

Doğmaları onun itkin düşdüyünü hesab ediblər. Bu günlərdə səfirliyimiz və həmyerlimiz Ruslan Seyidovun səyi nəticəsində İ.Şükürov tapılaraq ilkin olaraq xəstəxanada müalicə etdirilib.

İ.Şükürovla keçirilən görüşdə Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov qeyd edib ki, Prezident İlham Əliyevin apardığı siyasətə uyğun olaraq vətəndaşlarımızın problemlərinin həlli səfirliyin prioritet istiqamətlərindən biridir. Artıq səfirlik tərəfindən bir neçə vətəndaşımıza qayğı göstərilərək Vətənə yola salınıb. İ.Şükürovun da sənədləri düzəldilərək Azərbaycana, doğmalarının yanına göndərilib.





скачать dle 11.3
Mojo.az Banner