Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:15 Bu yolda xətlənmənin olmaması sürücüləri çətin vəziyyətə saldı - VİDEO | 19:10 Qubada avtomobil dərəyə aşdı | 19:03 Kambocada avtobus gölə düşdü- Beş məktəbli öldü | 18:57 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu | 18:48 Paşinyan Parisdə Makronla görüşüb | 18:28 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto | 18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi |
Mojo.az Avto
Mojo.az Avto

İran inflyasiya girdabında: qiymətlər 51% qalxdı

04.05.2019 14:07 4 255
İran inflyasiya girdabında: qiymətlər 51% qalxdı
ABŞ-ın Tehrana qarşı tətbiq etdiyi sanksiyalar fonunda İranda inflyasiya tempi sürətlə artır.

“ROSBALT” xəbər verir ki, “TradingEconomics” məlumatına görə, aprel ayında ölkədə ötən illə müqayisədə istehlak qiymətləri 51,4 faiz artıb.

Həmçinin martla müqayisədə inflyasiya səviyyəsinin 3,9 faiz qalxdığı bildirilir. Bu 1995-ci ilin dekabr ayından bəri İran üçün rekord göstərici sayılır.

Ən yüksək qiymət artımı ərzaq məhsullarının satışında müşahidə olunur (84 faiz). Geyim, ayaqqabı və nəqliyyat xidmətləri isə 50 faizdən çox bahalaşıb.

Son dörd ay ərzində Rialın məzənnəsi qara bazarda 17% faiz dəyərini itirib. Neft ixracat həcmlərinin aşağı düşməsi fonunda devalvasiya davam edir. İran ötən il günə, 2.3 milyon barel neft ixrac etdiyi halda, aprel ayında günə 1 milyon bareldən az neft ixrac edib. ABŞ hökumətinin bəyanatlarına əsasən, ABŞ sanksiyaları nəticəsində İran 10 milyarda yaxın gəlirlərindən məhrum olub.

Son xəbərlər