Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Nə üçün Azərbaycan polisləri rus dilini bilməyə məcbur deyillər?

03.05.2019 23:47 1 907
Nə üçün Azərbaycan polisləri rus dilini bilməyə məcbur deyillər?
Bu bahar Azərbaycana gəlmiş rusiyalı turistlərin Facebook sosial şəbəkəsində paylaşdıqları videogörüntülər xoş olmayan rezonans doğurdu.

Videogörüntüdə rusiyalı ər-arvad polis maşını tərəfindən izləndiklərinə görə narazılıq edirlər. Onlar asayiş keşikçilərinin şəxsiyyət vəsiqələrini göstərmək tələbinə rədd cavabı verirlər. Eyni zamanda videgörüntüdə azərbaycanlı polislərin nəzakətlə davranması diqqət çəkir.

Məsələ bundadır ki, Bakıda çimərlikdə gəzən turistlər ətrafdakı bağ evlərinin və insanların fotoşəkillərini çəkirlər. Lakin, tezliklə polislər yaxınlaşaraq həmin ərazidə şəkil çəkməyin yasaq olduğunu bildirirlər. Rus dilini pis bildiklərinə görə, polislər məhz hansı obyektlərin çəkilməsinin qadağan olduğunu izah edə bilmirlər və turistlərdən fotoaparatı göstərməyi xahiş edirlər.

Turistlər imtina edincə polislər də onların arxasınca düşməli olur. Maşınla qaçmağa çalışan turistləri yol polisi saxlayır.

Rus turistlər azərbaycanlı polislərin rus dilini bilməməsinə qəzəblənərək özlərini etiketə uymayan şəkildə, çox kobud aparırlar. Qadın turist isə, hətta polislərin üstünə qışqırır. Cütlük bu anları telefonla kameraya çəkib, sosial şəbəkələrdə yayımlayıb.

Bu müddət ərzində azərbaycanlı polislər turistlərə hökumət nümayəndələrinin bağ evlərini çəkməyin qadağan olduğunu, sadəcə fotoaparatda təhlükəli kadrların olmadığına əmin olmaq istədiklərini bildirirlər. Turistlər inadlaşmayıb fotoaparatı təqdim etsəydilər əslində bu xoşagəlməz anlar da yaşanmayacaqdı.

Turistlərin azərbaycanlı polislərin rus dilini bilməməsinə lağ etməsinə gəlincə. Əlbəttə, xarici dilləri bilmək hər insan üçün bir üstünlükdür. Lakin rus turistlər unudurdular ki, onlar Rusiyada deyil, dövlət dili Azərbaycan dili olan Azərbaycanın ərazisindədirlər. Bu azərbaycanlı turistin Rusiyada rus polisidən azərbaycan dilində danışmağı tələb etməsi ilə eyni məsələdir.

Polislər başa salmağa çalışırlar ki, turist gəldiyi ölkənin qanunlarına uymalıdır. Onu da yaxşı bilirik ki, rusiyalı polislər ölkələrində olan əcnəbilərlə hər hansı şübhəli vəziyyət yarananda heç də xoş davranmırlar. Heç inanmıram ki, rus polis hansısa şəmkirli və ya qazaxlı turistə bir saat nəzakətlə davranıb, qayda-qanun izah edərdi.

Bax bu kadrlar Rusiyada çəkilib Niyə görəsə bu xarici vətəndaş rus polisdən onunla ingilis dilində danışmasını tələb etmir.

Bu videogörüntülər isə, ABŞ-ın Miçiqan ştatında çəkilib. Polislər sürücüdən sənədlərini tələb edir, sürücü etiraz edincə isə.. Ən yaxşısı özünüz baxın.

Bütün bu xoşagəlməz anlar əlbəttə ki, həm turistlərin, həm də bizim polislərin əsəblərini korladı. Son nəticədə rusiyalı turistlər əlbəttə ki, vəziyyətlə barışmalı oldular. Amma dəyərdimi?//oxu.azскачать dle 11.3
Mojo.az Banner