Mojo.az Banner
21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |     20:45 Bibiheybət məscidindən və "Dəniz Mall"ın namaz otağından oğurluq etdi - "Hacı" həbs edildi  |     20:37 Taksidə turistlərlə mübahisə edən 62 yaşlı sürücü 15 gün həbs edildi  |     20:32 Hansı rayonların icra başçısı yoxdur?  |     20:24 Azərbaycanda ən çox alınan avtomobillər (SİYAHI)  |     20:19 Qəhvə əslində enerji vermir: Kofein yorğunluq hissinə necə təsir edir?  |     20:11 "Gəzə bilmirəm" - Abid Şərifov  |     20:06 Azərbaycan çempionatında IX turun oyun cədvəli  |     19:58 Kiyev cəbhə şəhərinə çevrilir  |     19:53 Şagird məktəbdə müəllimini öldürdü - Slovakiyada  |     19:47 Sabah yağış yağacaq  |     19:39 Bakıdakı bu evlər söküləcək - VİDEO  |     19:34 Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq öldü  |     19:25 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ

03.05.2019 15:13 1 518
Hostel yoxsa əxlaqsızlıq yuvası? - Milli Məclisdə MÜZAKİRƏ
Deputat Tahir Kərimli Milli Məclisdə qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyəti qarşısında qaldığını bildirib.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, deputat T.Kərimli parlamentdə çıxışı zamanı paytaxtın Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşadığını deyib, burada mövcud olan hostellərlə bağlı problemləri qabardıb:

“Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır. Artıq qonşularla bezmişik. Oradan köçmək məcburriyyətində qalmışıq.

Kimsə özünü qanundan yuxarı göstərir, belə şeylərə şərait yaradır. Bizim küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.

Öz növbəsində parlamentdə hesabat verən daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov məsələyə münasibət bildirib.

V. Eyvazov bildirib ki, bununla bağlı izahat tədbirləri olmalıdır:

“Bu problemi həll etmək mümkündür. Biz inzibati yolla yox, ancaq maarifləndirmə yolu ilə bunu edə bilərik”.

Deputat Araz Əlizadə isə hesab edir ki, belə halların yaranmaması üçün hostellərin girişi ayrı olmalıdır.скачать dle 11.3
Mojo.az Banner