Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtobus sürücüsü gənc qızı ölümdən xilas edib

02.05.2019 22:27 1 922
Bakıda avtobus sürücüsü gənc qızı ölümdən xilas edib
Bakıda sərnişin avtobusunun sürücüsü gənc qızı ölümdən xilas edib. Həmin an avtobusun daxilində olan təhlükəsizlik kamerası ilə anbaan lentə alınıb.

Median.Az
xezerxeber.az-a istinadən bildirir ki, hadisə aprelin 30-da Bakıda, 18 saylı xətt üzrə sərnişinlərə xidmət göstərən avtobuslardan birində baş verib.

Qadın sərnişin özünü pis hiss edib. Bunu görən sürücü dərhal hadisəyə müdaxilə edib. Məlum olub ki, gənc xanım epilepsiyadan əziyyət çəkir və onda dil qatlanması halı baş verib.

Araşdırma zamanı məlum oldu ki, həmin gün avtobusu sürücü Vüqar Kərimov idarə edirmiş. O, hadisənin təfərrüatlarını ''Xəzər Xəbər''ə danışıb.

Bildirib ki, hadisə baş verən vaxt dərhal qadının ağzını açmağa çalışıb. Müdaxilədən sonra qız özünə gəlib və avtobus yoluna davam edib.

Sərnişinlər isə sürücülərin bu kimi hallara hazır olması üçün xüsusi təlimlərə cəlb edilmələrini məsləhət görür.

Son xəbərlər