Mojo.az Banner
12:02 Hörmüz boğazında gərginlik artır: İran Vaşinqtonla planlaşdırılan görüşdən imtina etdi  |     11:55 Serbiyada hərbi xidmətə çağırış bərpa olunacaq  |     11:54 Ağcaqanadlara qarşı vasitənin sağlamlıq üçün təhlükələri açıqlanıb  |     11:53 Milli Məclisin sabiq baş məsləhətçisi vəfat etdi  |     11:50 Qeyri-sabit hava dəniz kənarındakı obyektlərə necə təsir edir? - Video  |     11:40 PSJ italiyalı qapıçını heyətinə qatdı  |     11:33 Gəncədə 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu  |     11:32 Sərnişin daşımalarına dair müqavilənin şərtləri təsdiqləndi  |     11:22 Ərdoğan: "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin Bakıda qeyd olunması təsadüfi deyil"  |     21:05 İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi  |     20:59 Bakıda yaşlı qadın ərini baltalayıb  |     14:25 Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ  |     23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Çingiz Abdullayevdən İçərişəhərin dağıdılmasın ETİRAZ - Mitinqə qoşulacam - FOTO

25.04.2019 22:20 1 778
Çingiz Abdullayevdən İçərişəhərin dağıdılmasın ETİRAZ - Mitinqə qoşulacam - FOTO
Xalq yazıçısı Çingiz Abdullayev İçərişəhərdə divarın uçurulmasına və restoran tikintisinə qarşı çıxıb.

Median.Az
Virtualaz.org-a istinadən xəbər verir ki, o, özünün “Facebook” səhifəsində doğma şəhərinin qorunması naminə mitinqə birinci çıxacağını bildirib.

“İçərişəhər bizim şəhərimizin, xalqımızın simvollarından biridir. Yaddaş, ənənə, keçmiş və indimiz, tarix, əfsanəmizdir. Bu, bizim irsimizdir. Hər yerdə qala divarının dağıdılmasının fotoşəkilləri var. Restoran barədə danışırlar. Hələ heç nə aydınlaşmamış vaxtından əvvəl qərar vermək istəmirəm.

Lakin dəqiq bilirəm ki, bütün bunlar yolverilməzdir və çox yanlışdır. Əgər lap bərpa işləri də gedirsə, orada heç restoran olmayacaqsa belə (lakin deyirlər ki, yenə olacaq). Axı insanları belə dəlilik səviyyəsinə çatdırmamaq mümkündür. Mətbuat katibləri, yaxud məlumat xidmətləri vasitəsilə insanlara nəyin baş verdiyini izah etmək olar. Kimsə mənə izahat versin ki, nəyə görə mütəmadi olaraq insanları alçaldıb, onların fikirləri və istəkləri ilə hesablaşmırlar. Nə qədər olar?” – Çingiz Abdullayev yazır.

“Bir daha dəqiqləşdirim – bu qeyd dağıdılmış divar haqqında deyil. Bu qeyd bu şəhərdə yaşayan insanlara dərin hörmətsizlik haqqındadır. Bu, Mənim şəhərimdir. Pirşağıdakı qəbiristanlıqda mənim 40-a yaxın ən əziz qohumum dəfn olunub. Bakıda valideynlərim dəfn edilib, burada uşaqlarım anadan olub.

Bu, bütün dünyada ən çox sevdiyim şəhərdir. Və əgər sabah bu şəhərin qorunması naminə mitinq olacaqsa, mən birinci olaraq onun müdafiəsinə qalxacağam. Bu şəhərdə bizim hazırkı Prezidentimiz anadan olub. Bu, onun da şəhəridir. Bu şəhərdə bizim Birinci vitse-prezidentimiz də dünyaya gəlib. Bu, onun da şəhəridir. Bu, bizim şəhərimizdir! Biz də müdafiə etməsək, onu kim müdafiə edəcək?” – Çingiz Abdullayev bildirib.

скачать dle 11.3
Mojo.az Banner