Ekspert: Bu il Şri-Lankanın turizm sektoru 1,5 milyard dollar zərər görəcək
Ötən həftə Şri-Lankada törədilən silsilə terror hücumları səbəbindən ölkənin turizm sektorunun bu il ehtimal olunan itkisi 1,5 milyard ABŞ dolları qədərdir.
“Report” “Daily Financial Times”ə istinadən xəbər verir ki, bu barədə Şri-Lanka Hotellər Birliyinin prezidenti Sənath Ükvəte məlumat verib.
“Şri-Lanka tarixində ilk dəfədir ki, turistlər, mehmanxanalar terrorçuların hədəfinə çevriliblər. Proqnozumuza görə, bunun turizm sektoru üçün builki fəsadları 1,5 milyard ABŞ dolları həcmində olacaq”, - deyən ekspert keçmişdə Misir, Türkiyə, Belçika kimi ölkələrdə də törədilmiş terror hücumları nəticəsində ölkələrin turizm sektoru ilə yanaşı, iqtisadiyyatlarının da böyük ziyan gördüyünü bildirib.