Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

28 il komada qalan qadın oyandı

23.04.2019 23:57 2 213
28 il komada qalan qadın oyandı
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Munira Abdulla 32 yaşında keçirdiyi qəzadan sonra komaya düşüb və 28 il sonra oyanıb.

BBC xəbər verir ki, Munira Abdulla 1991-ci ildə, avtobus qəzası keçirib. Qəza zamanı 4 yaşlı oğlunu qorumaq üçün onun üstünə yıxılan ana ağır zədələnsə də, uşağa bir şey olmayıb. İndi 32 yaşında olan oğlu Ömər Vebair jurnalistlərə bildirib ki, bu illər ərzində anasının sağalacağından ümidini kəsməyib və dua edib:

“Anamın hekayəsini ona görə insanlarla paylaşıram ki, heç kim ümidini üzməsin. Yaşadığımız müddətdə mütləq bir ümid yeri həmişə var”,- deyə o bildirib.

Munira Abdulla uzun illər öz ölkəsində və İngiltərədə müalicə olunub. Alman mütəxəssislərin səyləri nəticəsində yenidən həyata göz açan Munira Abdulla hazırda Əbu-Dabidəki xəstəxanalardan birində müalicəsini davam etdirir.

Son xəbərlər