Mojo.az Banner
14:25 Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ  |     23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |     21:23 Ceyhun Bayramov və Hakan Fidan strateji əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:15 Xaçmazda kişi evin həyətində ölü tapıldı  |    
Left Banner
Right Banner

İt dişləyən uşaqdan xəbər var

23.04.2019 22:33 2 343
İt dişləyən uşaqdan xəbər var
Xəbər verdiyimiz kimi, aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində it küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan azyaşlının səhhəti ilə bağlı son durumu haqda məlumat almağa çalışdıq. KTM-in Üz-Çənə Cərrahiyyəsi şöbəsinin həkimi Məhəbbət Cəfərov açıqlamasında onun nəzarətində olan azyaşlının səhhəti ilə bağlı son məlumatı açıqlayıb: "Uşaq xəstəxanaya qəbul olunan vaxtdan ona lazım olan zərdablar vurulub, sol yanağındakı qopmuş yara tikilib. Lazım olan bütün müalicə tədbirləri yerinə yetirilib. Quduzluğa qarşı azyaşlıya 3 gündən bir zərdab vurulur. Hazırda uşağın vəziyyəti yaxşıdır. Onda heç bir quduzluq əlaməti yoxdur".


"Üzdəki yaralarına görə azyaşlı həftənin sonunadək uşaq üz-çənə cərrahiyyəsi şöbəsində yatacaq. Bu həftənin sonu onun üzündəki tikişlər çıxarılacaq. Sonrakı proseslər isə onun yaşayış yeri olaraq qeydiyyatda olduğu ərazinin poliklinikasında, ya da ki, ya da 1 saylı Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdiriləcək" - deyə həkim bildirib.

Qeyd edək ki, bu həftənin sonunda azyaşlının evə buraxılması planlaşdırılır.//sputnik.Azскачать dle 11.3
Mojo.az Banner