Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub

23.04.2019 21:23 2 457
Elina Hacıyevanın anasının müdafiəsinə üç vəkil qoşulub
Bakıda 162 saylı məktəbdə intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynovanın müdafiəsinə vəkillər qoşulub.

Median.Az
-ın məlumatına görə, bu barədə "Report"a S.Hüseynova məlumat verib.

Onun sözlərinə görə, Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bu işlə bağlı onunla görüşüb. O, ictimaiyyətə müraciət edib : "Hörmətli media nümayəndələri və qızım Elinanın faciəsinə biganə qalmayan həmvətənlərim!

Elektron portallarda və sosial şəbəkələrdə qızımın vəfatı ilə bağlı aparılan cinayət işində Elinanın maraqlarının qorunması məqsədilə vəkil üçün pula ehtiyacımın olduğu barədə müraciətlər yayımlanıb və hazırda da yayımlanmaqda davam edir. Müraciət yayımlanandan dərhal sonra mənə Vəkillər Kollegiyasının sədri Anar Bağırov zəng etdi. Anar müəllim mənə başsağlığı verərək Elinanın vəfatının böyük vəkil ailəsində dərin iz buraxdığını bildirdi. Həmçinin Anar müəllim dedi ki, vəkil üçün yardım toplamağa ehtiyac yoxdur, Vəkillər Kollegiyası öz təşəbbüsü ilə ödənişsiz əsaslarla bilavasitə mənim hüquqlarımın müdafiəsini üzərinə götürəcək. Bundan başqa, Anar müəllim məni Kollegiyanın binasına dəvət etdi. Bu gün mən Kollegiyaya gedərək onunla görüşdüm. Görüşdə Anar müəllim mənə bir daha dərin hüznlə baş sağlığı verərək məni cinayət işində hüquqlarımı müdafiə edəcək vəkillər Sevinc Əliyeva, Azər Nağıyev və Emin İsayevlə tanış etdi. Sədr söz verdi ki, hüquqlarımın müdafiəsi bilavasitə onun nəzarəti altında aparılacaq. O, vurğuladı ki, hüquqlarımın müdafiəsini peşəkar, vicdanlı və bizim üzləşdiyimiz faciəyə ürək yanğısı ilə yanaşan vəkillərə həvalə edir".

S.Hüseynova deyib ki, VK tərəfindən tamamilə ödənişsiz olaraq 3 vəkil ilə təmin edildiyindən vəkil üçün pul yığmaq məcburiyyətindən azad olub: "Ona görə bildirirəm ki, bu məqsəd üçün nə mən, nə də ki, ailəm pul yığmır. Əgər kimsə bizim adımızdan pul yığıldığını bildirsə, bilin ki, bu yalandır və mənim vəziyyətimdən sui-istifadədən başqa bir şey deyil. Onu da qeyd edim ki, həmçinin indiyə qədər də göstərilən səbəbdən kimdənsə pul almamışam. Başda Anar Bağırov olmaqla dərdimizə biganə qalmayan bütün həmvətənlərimə dərin minnətdarlığımı bildirirəm".скачать dle 11.3
Mojo.az Banner