Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər | 20:49 İnfarkt və insult riskinin ən yüksək olduğu saatlar | 20:42 Bu məhsullar bahalaşıb - SİYAHI | 20:37 Lənkəranda bir ailə plov və turşudan zəhərləndi - AQTA-dan xəbərdarlıq | 20:30 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ | 20:24 Amerikalı aktyor vəfat etdi | 20:15 Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlandı | 20:10 8 çamadan dolu pul yerə səpələndi - Astanada (VİDEO) | 20:03 Atasının ölümünə səbəb olan sürücü ilə zərərçəkmişlər barışdı - Məhkəmədən qərar | 19:58 NVIDIA şirkətində qalmaqal - Baş direktor gizli eşqə görə işindən oldu | 19:50 Bu məhsullar daxili bazara gömrük rüsumu olmadan çıxarılacaq | 19:45 Avtomobil icarəsi ilə məşğul olan şəxslərə XƏBƏRDARLIQ - VİDEO | 19:30 Bu yollarda sıxlıq var -SİYAHI | 19:20 Azərbaycanda bəzi avtomobillər ucuzlaşacaq - Açıqlama | 19:19 Məclis.info saytının rəhbərinə ağır cəza verildi | 18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi |
Mojo.az Avto
Mojo.az Avto

Tağı Əhmədovun telefonu qanunsuz dinlənilib -Əməliyyata Çovdarov başçılıq edibmiş

20.04.2019 13:30 2 732
Tağı Əhmədovun telefonu qanunsuz dinlənilib -Əməliyyata Çovdarov başçılıq edibmiş

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov və digərlərinin Bakı metropolitenin sabiq rəisi Tağı Əhmədovu nədə ittiham etdikləri açıqlanıb.


Median.Az Axar.az -a istinadən xəbər verir ki, ittiham aktında göstərilib ki, Vüqar Mahmudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov və digərləri ilə cinayət əlaqəsinə girib, onlar Tağı Əhmədovdan 3 milyon manat pulu hədə-qorxu yolu ilə tələb ediblər.

Akif Çovdarovun rəhbərlik etdiyi baş idarədə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Tural Rzayevin tərtib etdiyi, guya Tağı Əhmədovun islam dininin təriqət üzvlərinə maddi yardım göstərməsi barədə əsassız məlumatlar daxil edilmiş “N” saylı tapşırığı 1 mart 2014-cü ildə imzalanıb, həmin ilin martın 3-də sənəd təsdiqlənməsi üçün nazirə təqdim edilib.

Bundan sonra dəstə üzvləri Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev, 1-ci şöbə 2-ci bölmənin rəisi Anar Şirəliyev, 5-ci şöbənin baş mütəxəssisi Fərhad Atayev və başqaları Tağı Əhmədovun istifadəsində olan mobil nömrələri, metro ticarəti ilə məşğul olan qardaşı oğlu Şövqü Əhmədovun, tanışı Elşən Tağıyevin mobil nömrələrini dinləyiblər.

2014-cü ilin martında idarənin sabiq əməkdaşı Rəsul Rəsulov Tağı Əhmədovla görüşüb. O, Tağı Əhmədov və oğlunun həbs olunacağı ilə hədələyib, 3 milyon manat tələb edib.

Hədə-qorxu yolu ilə 3 milyon manat alınıb.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 1-nə təyin edilib.

Son xəbərlər