Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:40 Huanqın "Nvidia"ya qayıdışı onun sərvətini 34 milyard dollar artırdı | 12:27 Ceki Çan qayıdır: "Pik saatı 4" filmi uzun danışıqlardan sonra təsdiqləndi | 12:23 HPV peyvəndinin Azərbaycanda tətbiqi gözlənilir: Tanınmış həkim DANIŞDI | 12:21 Əsginasın həqiqi olub-olmadığını necə yoxlamaq olar? | 12:13 Minimum əməkhaqqı 700 manat ola bilər? – AÇIQLAMA | 12:08 İlham Əliyev Monteneqronun baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib | 12:04 Atasının qətlini sifariş verən şəxs və tanışları yenidən məhkəmə qarşısında | 12:02 Azərbaycan Prezidenti: "Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" | 11:58 Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb | 11:57 Leyla Əliyeva "Torpaq" adlı konseptual qrup sərgisindən paylaşım edib | 11:56 Bakıda quraşdırılacaq yeni işıqforların hərəkət qaydaları açıqlandı | 11:36 Azərbaycanda dini təhsil alan qızların sayı açıqlandı | 11:28 Bakıda "Prius" 27 yaşlı kişini vurub öldürdü | 11:18 DSX-nin hərbi qulluqçusu vəfat etdi - Səbəb | 22:59 Binəqədidə ikimərtəbəli ev yanıb | 22:50 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət etdi - FOTO | 22:43 Şəmkirdə parçalanmış kişi meyiti tapıldı | 22:35 Bu ərazilərdə su olmayacaq | 22:27 Qışda D vitamini çatışmazlığının qarşısını alan 3 əsas qida | 22:20 “Barselona” Bakıya gəldi |
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

19.04.2019 11:21 4 961
Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə” klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Jurnalistlərin “Neftçi”yə öz gücünüzü göstərmək istəyirsiz?” sualına məşqçi “Qətiyyən belə fikir yoxdur. İşimizlə məşğuluq” cavabını verib.

“Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq asan olmadı. Futbolçulardan sərt tələblərimiz var.

Dünya futbolunda belə hesablar çox olur. Dekabradək çox çətin idi. Həmişə belə olub. Son iki turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Digər hesablara da hazır olmalıyıq”, - deyə o bildirib.

Son xəbərlər