Mojo.az Banner
23:12 Gəncədə atanın oğlunu bıçaqlaması ilə bağlı yeni təfərrüat - Video  |     22:45 Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto  |     22:34 Pulun üzərinə yazı yazmağa görə inzibati cəza nəzərdə tutulubmu?  |     22:27 Türkiyədə naməlum infeksiya: Minlərlə sakin xəstəxanaya müraciət etdi  |     22:16 Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib  |     22:00 30-a yaxın ölkə İrana qarşı bəyanatla çıxış etdi  |     21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda dəhşətli cinayətin üstü açıldı – Meyiti çıxararaq hissələrə bölüb

17.04.2019 21:53 1 990
Azərbaycanda dəhşətli cinayətin üstü açıldı – Meyiti çıxararaq hissələrə bölüb
Azərbaycanda 3 il əvvəl itkin düşmüş şəxsin cəsədinin sümükləri aşkarlanıb.

Median.Az
 report-a istinadla xəbər verir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində oğurluğa görə cəza çəkən Fuad Mustafayev 1965-ci il təvəllüdlü Əli Rəsulovun itkin düşməsi ilə bağlı dindirilərkən onun narkotik vasitənin təsirindən öldüyünü bildirib.

Məlumata görə, 2016-cı ilin sentyabr ayında F.Mustafayevin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağlı qəsəbəsində kirayə yaşadığı evin sahibi Ə.Rəsulov narkotik vasitənin təsirindən ölüb. F.Mustafayev meyiti həyətdə basdırıb, daha sonra həmin evin əşyalarını satıb, evi isə saxta sənəd hazırlayaraq satışa çıxarıb. Evi satan ərəfədə isə Ə.Rəsulovun cəsədini torpaqdan çıxararaq hissələrə bölüb və evin yaxınlığındakı hasarlar arasında olan boşluğa atıb. Daha sonra evi 23 min manata satıb. Bir müddət sonra isə F.Mustafayev oğurluğa görə tutulub.

Bu il aprelin 16-da F.Mustafayevin göstərdiyi yerə baxış keçirilib və Ə.Rəsulovun cəsədinin sümükləri aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner