Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Yüz ölçüb, bir biçəcəyik – Artıq boşanmaq da mümkün olmayacaq

15.04.2019 21:50 1 944
Yüz ölçüb, bir biçəcəyik – Artıq boşanmaq da mümkün olmayacaq
Milli Məclis "Mediasiya haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edib. Bu qanunun əsas məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Qanun digər məsələlərlə yanaşı, ailə münasibətlərindən irəli gələn mübahisələri də həll etməlidir. Başqa sözlə desək, artıq boşanmağa qərar verən şəxslər öncə mediatorlara müraciət edəcək, bir müddət danışıqlar aparıldıqdan sonra boşanmaqla bağlı qərarlarını verəcəklər.

Maraqlıdır, Azərbaycan cəmiyyətinə, həqiqətən də mediatorlar gərəkdirmi? "Mediasiya haqqında" qanun boşanmaların sayının azalmasına təsir göstərə biləcəkmi? Median.Az xəbər verir ki, Sputnik Azərbaycan məsələ ilə bağlı suallara aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrənib.

Psixoloq Taryel Faziloğlunun fikrincə, bu qanunun qəbul edilməsi zəruridir: "Boşanmaların artmasının ciddi səbəbləri var. Amma bunların əksəriyyəti gizli saxlanılır. Əsas səbəblərdən biri cütlük arasında seksual münasibətlərin doyumluq halına çatmasıdır. Eyni zamanda, sosial maraqların fərqlilikləri, iqtisadi səbəblər, xarakter məsələləri, şiddət və bunun kimi başqa səbəblər də cütlüklərin ayrılmasına səbəb olur. Bu səbəblərdən əksər insanlar məlumatsız olduqlarına görə səbəblərin üzərində durmayıb aqressiya ilə addım atırlar. Nəticədə hadisələr boşanmağa gətirib çıxarır".

Psixoloqun qənaətincə, belə cütlüklər bir müddət mütəxəssis dəstəyi alsalar, gözləntilərini qeyri-real müstəvidən real müstəviyə keçirsələr, o zaman boşanmaların sayı azalacaq: "Amma problem əsl mütəxəssislərin azlığındadır. Əgər peşəkarlar cütlüklərlə işləsə, boşanmaların sayı ən azı 2 dəfə azala bilər. Bu qanun həyata keçirilsə və mütəxəssislər bu sahədə çalışsa, yeni qanun bu günə kimi ən uğurlu layihələrdən biri olacaq".

Sosioloq Əhməd Mansurov da düşünür ki, "Mediasiya haqqında" qanunun qəbulu cəmiyyətimiz üçün olduqca mühüm hadisə ola bilər: "Bu proqram ailə münaqişələrini azaldacaq, uşaqların daha az psixoloji zərər görməsinə səbəb olacaq".

Ə.Mansurov qeyd edib ki, mediasiya xidmətinin uğurla həyata keçirilməsi üçün öncə cəmiyyətdə onun vacibliyi aşılanmalıdır: "Vətəndaşlar öz problemlerinin həllində mediasiya ekspertlərinə inanmalıdırlar. Təəssüflər olsun ki, bir çox hallarda insanlar təcrübəsiz psixoloqlar ilə qarşılaşırlar. Bu da problem yaradır. Əgər mediasiya xidmətləri fəaliyyətə başlayacaqsa, cütlüklərlə mütəxəssislərin işləməsi mütləqdir, əks halda cütlüklər əlavə emosional travma ilə üzləşə bilərlər".

Sosioloq onu da əlavə edib ki, bəzi problemli məsələlər elə mediasiya prosesində həll olunacaq və məhkəməyə göndərilməyəcək. Nəticədə də boşanmaların sayı azalacaq.

Qeyd edək ki, 5 fəsil 39 maddədən ibarət qanun mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya qanununa əsasən, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllinə cəhd olunacaq.скачать dle 11.3
Mojo.az Banner