Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yazıçılar Birliyinin qurultayı 2020-ci ilin mart ayında keçiriləcək

11.04.2019 19:52 1 475
Yazıçılar Birliyinin qurultayı 2020-ci ilin mart ayında keçiriləcək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı 2020-ci ilin mart ayında keçiriləcək.

Median.Az
xəbər verir ki, bunu "Report”a müsahibəsində AYB-nin katibi, xalq yazıçısı Çingiz Abdullayev deyib.

Ç.Abdullayev qurultayda sədrliyə namizədliyini irəli sürməyi düşünmədiyini desə də, bununla bağlı qabaqcadan proqnoz verməyin düzgün olmadığını əlavə edib: "Ümumiyyətlə, yazıçılar öncədən proqnoz verə bilməz. Kim seçiləcəksə, o, sədr təyin olunacaq. Mən 4 dəfə qurultayda katib vəzifəsinə seçilmişəm. Hesab edirəm ki, sədr vəzifəsini Anardan başqa heç kim yaxşı icra edə bilməz. Bunu Anarla 30 il birlikdə çalışan bir şəxs kimi deyirəm. Əgər Anar namizədliyini irəli sürərsə, mən yenə də ona səs verəcəm”.

Ç.Abdullayev AYB-yə sədr seçilmək iddiasında olan gənc yazıçıların istedadlarını sübut etmək üçün yaradıcılıq nümunələrini, kitablarını ortaya qoymaqlarının zəruri olduğunu vurğulayıb: "Azərbaycanda AYB-yə sədrlik edən şəxslər nüfuzlu olublar. Hər yoldan ötən sədr vəzifəsinə seçilə bilməz. Əgər bir gənc, həqiqətən də, nüfuzlu və istedadlıdırsa, kitablarını ortaya qoysun. AYB-yə həmişə əfsanəvi şəxslər sədrlik edib. Səməd Vurğun, Mirzə İbrahimov, Rəsul Rza, İmran Qasımov, İsmayıl Şıxlı kimi istedadlı yazıçılar sədr seçiliblər. Təbii ki, gənc yazıçılar arasında kimlərisə vəzifəyə qoymaq olar, amma onlar, yenə deyirəm ki, sədr vəzifəsinə seçilə bilməzlər”.скачать dle 11.3
Mojo.az Banner