Лондон
C

AYB bu il qurultay keçirəcəkmi? - AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 2020-ci ilin noyabr ayına planlaşdırılan qurultayı koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin yumşaldılmasından sonra keçiriləcək.

Bunu Oxu.Az-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib:

“Vəziyyət stabilləşəndə qurultayın dəqiq tarixi müzakirə olunacaq və qərar elan ediləcək”.

X.Rza qurultayın onlayn keçirilməsi məsələsinə də münasibət bildirib:

“Qurultayın onlayn keçiriləcəyini sanmıram. Belə bir məsələ müzakirə olunmur”.

Xatırladaq ki, nizamnaməyə əsasən, qurultay beş ildən bir keçirilir və AYB-nin yeni sədri seçilir. Qurultayda sədr vəzifəsinə namizədlərin kim olacağına isə, qurum rəsmisi deyib ki, qurultayın keçiriləcəyi tarix bəlli olduqdan sonra namizədlərlə bağlı məsələyə aydınlıq gətiriləcək.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев