Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərsu “Embawood”un suyunu kəsdi - Borca görə

11.04.2019 12:00 2 931
Azərsu “Embawood”un suyunu kəsdi - Borca görə
"Azərsu" ASC "Embawood" mebel şirkətinin Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 63 A ünvanında yerləşən mebel salonunun istehlak edilən su borcunu ödəmədiyinə görə su xəttini kəsib.

Median.Az
qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il dekabrın 18-də tərtib edilmiş fakturada mebel salonunun 549 manat borcu olduğu hesablanıb, şirkət isə borcun məbləği ilə razılaşmayıb bu pulu ödəməkdən imtina edib. Buna görə də "Azərsu" salona suyun verilməsini dayandırıb və obyektin sahibi Şahlar Məmmədovun adına olan smart tipli su sayğacını bloklayıb.

"Azərsu" ASC-nin bu hərəkətindən "Embawood" məhkəməyə müraciət edib və borcun silinməsini, suyun verilməsinin bərpa edilməsini tələb edib. Şikayətə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Səbinə Nuriyeva baxıb.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehin alması haqqında sənəd məhkəməyə təqdim olunmayıb. İddia ərizəsi electron formada doldurulub və elektron iddia ərizəsi Adgözəlova Günel Xəlil qızı tərəfindən imzalansa da, iddia ərizəsinə onun səlahiyyətini təsdiq edən sənəd əlavə olunmayıb.

Buna görə də "Embawood" MMC və Şahlar Məmmədovun iddia ərizəsi geri qaytarılıb.скачать dle 11.3
Mojo.az Banner