Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı - FOTO

10.04.2019 23:16 2 486
Anti-sanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlandı - FOTO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində anti-sanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olan məlumat əsasında qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, anti-sanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra anti-sanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su il doldurulmuş natəmiz vannalarda saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

Aşkar olunmuş faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir. Aparılan araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək.//Baku.ws

Son xəbərlər