Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Masallıda anti-sanitar şəraitdə pendir istehsal edən sex aşkarlandı - FOTO

09.04.2019 19:02 2 345
Masallıda anti-sanitar şəraitdə pendir istehsal edən sex aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinə Masallı rayonu, Qəriblər kəndində anti-sanitar şəraitdə pendir istehsal edilməsi ilə bağlı şikayət daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olan şikayət əsasında Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.

Monitorinq zamanı Masallı rayonu, Qəriblər kəndində fəaliyyət göstərən heyvandarlıq təsərrüfatının yaxınlığında qanunsuz pendir istehsalı ilə bağlı məlumatlar öz təsdiqini tapıb.

Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 500 kq pendir, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib.

Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyəti isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvəqqəti olaraq məhdudlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görüləcək.

Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.

Agentlik vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağırı Mərkəzi"nə zəng edib məlumat verməyi xahiş edir.//milli.az

скачать dle 11.3
Mojo.az Banner