Mojo.az Banner
13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çörəyə haram qatdılar – Anti-sanitar şəraitdə fəaliyyət göstərən sex aşkarlandı

04.07.2019 20:30 1 690
Çörəyə haram qatdılar – Anti-sanitar şəraitdə fəaliyyət göstərən sex aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə Bakı şəhəri Binəqədi rayonu 2-ci Mədən küçəsi 89 mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub. Median.Az-ın Sputnik Azərbaycan-a istinadən məlumatına görə, daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.


Monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexində istehsalın normativ texniki şərtlərə uyğun aparılmadığı, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəssisədə ilkin emal sahəsi olmadığına görə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, soyutma sahəsi olmadığna görə isə çörəklərin həyətdə açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı müəyyənləşib.

Eyni zamanda, müəssisədə çörəklərin markalanması zamanı istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu, istehsal tarixinin məhsulun istehsal edildiyi gün əvəzinə bir gün sonrakı tarixə vurulduğu və məhsullara əsassız olaraq saxlanma müddətinin 96 saat qeyd olunduğu aşkar edilib.


Aşkar olunmuş nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılmış və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilmişdir.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner