Mojo.az Banner
23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |    
Left Banner
Right Banner

Yanğından zərər çəkən 23 ailəyə kirayə pulu veriləcək

10.04.2019 18:31 1 873
Yanğından zərər çəkən 23 ailəyə kirayə pulu veriləcək
Bakının Nizami rayonu, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğından sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Bu barədə Komitənin mətbuat xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, yanğın binanın üçüncü mərtəbəsindəki dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək:

“Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək. Rəy əsasında müvafiq hüquqi addımlar atılacaq”.скачать dle 11.3
Mojo.az Banner