Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Yanan yataqxananın sakinlərinə yeni evlər veriləcək

06.03.2019 23:53 2 072
Yanan yataqxananın sakinlərinə yeni evlər veriləcək
Martın 5-də Bakının Nərimanov rayonunda yerləşən məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar hökumət rəsmiləri hadisə yerində olub, həlak olanların ailə üzvlərinə başsağlığı veriblər.

Yanğın zamanı həyatlarını itirən şəxslərin dəfni və hüzr mərasiminin keçirilməsi dövlət tərəfindən təşkil edilib.

Zərərçəkənlərlə görüşən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, tamamilə yararsız hala düşən mənzillərin sakinlərinə müvəqqəti yaşayış yerləri ayrılıb. Yataqxanada məskunlaşan məcburi köçkünlərin qısa müddətdə yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda qeyd edilib ki, artıq siyahıyaalma aparılıb. Yataqxananın üçüncü mərtəbəsində Səriyyə Hacıyevaya məxsus otaqda baş vermiş yanğının zəhərli təsirindən xəsarət alan 8 nəfər dərhal xəstəxanaya aparılıb.

Hadisə nəticəsində Laçın rayonundan məcburi köçkün Eliza Əliyeva və Surxay Əliyev həyatını itirib. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi və prokurorluq orqanları tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. Araşdırmadan sonra yekun rəy veriləcək və müvafiq hüquqi addımlar atılacaq. (AzərTac)

Son xəbərlər