Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Əhməd bəy Ağaoğlunun 150 illiyi keçiriləcək

10.04.2019 18:23 1 605
Əhməd bəy Ağaoğlunun 150 illiyi keçiriləcək
Prezident İlham Əliyev görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olmasının 150 illiyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda Milli Elmlər Akademiyasına Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Qeyd edək ki, bu il Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyidir.

Sərəncamda bildirilir ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak edib və milli oyanış hərəkatının ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınıb.

Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədii-publisistik və dolğun elmi-nəzəri irs yaradıb, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərib.

Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.скачать dle 11.3
Mojo.az Banner