Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlət qurumlarının fəaliyyətinə nəzarətin sərtləşdirilməsi təklif olunur

09.04.2019 21:27 1 471
Dövlət qurumlarının fəaliyyətinə nəzarətin sərtləşdirilməsi təklif olunur
"Biz gözləməliyik ki, kimsə 5 il müddətində idarə etdiyi qurumu yeyib dağıtsın, sonra aşkara çıxsın ki, yeyinti var və həmin vəsait büdcəyə geri qaytarılsın? Burada itirən dövlət və insanlardır. Çünki, həmin vəsaitlər vətəndaşların sosial rifah halına müsbət təsir göstərə bilər".

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deyib. O bildirib ki, bu gün ölkəmizdə struktur islahatları aparılır, yeniləri yaradılır, köhnələri ləğv olunur.

"Bu baxımdan Palatanın gələcək fəaliyyətini qanuna dəyişikliklər etməklə Prezident tərəfindən həyata keçirilən islahatlar sürətinə gətirib çıxarmalıyıq" - deputat vurğulayıb.

S.Novruzov əlavə edib ki, nöqsanın, korrupsiya hallarının zamanında aşkarlanması üçün Palata tərəfindən hesabatlar 6 aylıq və ya 1 illik olmalıdır: "Aralıq dövrdə ciddi şəkildə monitorinqlər aparılmalıdır. Əgər lazımdırsa, bura kadrlar cəlb olunmalı, korrupsiyaya meyilli şəxslər tapılmalıdır".скачать dle 11.3
Mojo.az Banner