Mojo.az Banner
12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |     11:53 Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi  |     11:37 Balıqçı gəmiləri və ov alətləri dövlət sistemində qeydiyyata alınacaq  |     11:31 Astarada sahibkar mağazasında ÖLDÜ  |     11:27 Toxumçuluq sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı elektronlaşdırılır  |     11:11 Məşhur general 10 il sonra AZADLIĞA ÇIXDI  |     10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |    
Left Banner
Right Banner

Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor

09.04.2019 21:00 1 485
Efir nəzarətsiz qalanda belə fəsadlar yaşanır - Professor
Son günlərdə baş verənlər, efirdə bu cür hadisələrin ortaya çıxması televiziyada bu vaxta qədərki gedişatın məntiqi davamıdır.

Median.Az
xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli canlı efirdə müğənni Rüfət Axundovun əxlaqdankənar ifadələr işlətməsi ilə bağlı danışarkən deyib. O, televiziyalarda müşahidə olunan bu kimi halların məsuliyyətsizlikdən qaynaqlandığını bildirib:

"Bu cür laqeydlik, auditoriyanı saymazlıq belə faktları ortaya çıxarır. Bu ona görə baş verir ki, proqramı aparan rejissor, studiyada əyləşən aparıcı və yaxud birbaşa yayımı tənzimləyən səs rejissoru və s. məsuliyyətini yerinə yetirmir. Səs rejissoru studiyanın səsini bağlamalıdır ki, əlavə söhbətlər olmasın. Bunlar elementar şeylərdir, əməl etməyəndə ortaya belə hallar çıxır. Nə qədər ki məsuliyyətsizlik, intizamsızlıq var, təbii ki, belə hallar təkrarlanacaq. Bunun qarşısını almağın yeganə yolu etik intizamı möhkəmləndirməkdir".

Ekspertin sözlərinə görə, efirə qarşı belə münasibət televiziyaların nüfuzunu aşağı salır:

"Canlı yayımda qeyri-etik davranışları tənzimləmək üçün hansısa əlavə qurumun yaradılmasına da ehtiyac yoxdur. Hərə öz işini görsə, problem həll edilər. Təbii ki, efirə gələn adamın da intizamı olmalıdır. Axı o ifadələr işlədiləndə studiyada operator, kənar işçilər və s. də olub. İnsanlar da bir az özünə məsuliyyətlə yanaşmalıdır. İndi efir o qədər ucuzlaşıb, məsuliyyət o qədər itib ki, çox rahatlıqla hansısa müğənni bu cür vulqar ifadələrdən istifadə edir. Canlı efir mexanizmi nəzarətsiz qalanda belə mənəvi fəlakətlər yaranır. Belə olan halda nəinki o efir, o televiziya kanalı gözdən düşür, bütövlükdə televiziyalara qarşı qeyri-ciddi münasibət yaranır".

Xatırladaq ki, 4 apreldə müğənnilər Rüfət Axundov və həmkarı Rəşad İlyasov qonaq olduğu Speys TV-nin "Hər səhər" verilişində mahnı ifası zamanı sözləri dəyişdirərək, əxlaqdankənar ifadələr işlədiblər. R.Axundovun ifasında səsləndirilən mahnı fonoqram təqdim edildiyindən, müğənnilər mikrofonun açıq olmasından və söyüşlərin efirə getməsindən xəbərsiz olublar. Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys TV-nin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimələnməsi bağlı məhkəməyə müraciət edib.

Həmçinin R.Axundova efir qadağasının tətbiq edilməsini tövsiyə edib.скачать dle 11.3
Mojo.az Banner