Mojo.az Banner
20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |     20:47 Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir  |     20:39 Tahir Qədəşovun kürəkəninin məhkəməsi nə vaxt olacaq?  |     20:34 Azərbaycanlıların xaricə səfərləri azaldı - Ən çox gedilən ölkələr  |     20:25 Kəlbəcərdə nə qədər qızıl ehtiyatı var?  |     20:20 Çirkli havada idman etmək təhlükəlidirmi? - Mütəxəssislərdən cavab  |     20:13 Sentyabrın müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənildi  |     20:05 "Bakı trasında sürmək hər zaman əladır" - Lyuis Hemilton  |     20:00 Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi  |     19:54 Sabiq prorektor vəfat edib  |     19:48 Ağcabədidə 8 kiloqram narkotik aşkarlandı  |     19:40 "Şəfa" Tiaqo Silvanı transfer etdi  |     19:35 Bloger Sevinc Hüseynova təqsirləndirilən şəxs qismində cəlb olundu  |     19:27 Bu marşrutların hərəkət sxemi dəyişdirildi  |     19:14 Əli Kərimlinin cinayət işi üzrə istintaq bitdi  |     19:09 Bu ölkə İranla diplomatik əlaqələrini kəsdi  |     19:02 Bakıda əməliyyat - Bir nəfər həbs edildi (VİDEO)  |     18:57 Bakı-Sumqayıt yolunda yeni avtobus zolağı çəkildi - VİDEO  |     18:50 Vəzir Həsənovun İdarəsində yoxlama aparıldı - Bu şəxslər cəzalandırıldı  |     18:42 Bir ayda 8 milyard manatdan çox nağdsız ödənişlər edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakının bir sıra yerlərində velosiped yolları salınacaq

09.04.2019 20:07 1 799
Bakının bir sıra yerlərində velosiped yolları salınacaq
Əhalinin velosiped sürməyə artan marağını, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən uyğun infrastrukturun yaradılması üçün tədbirlər görülür.

Median.Az
xəbər verir ki, bu barədə “Report”a BNA-dan məlumat verilib.

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərinə uyğun olaraq velosipeddən istifadənin təşviqi, bunun üçün şəhərdə uyğun infrastrukturun - velosiped yollarının, zolaqlarının yaradılması Agentliyin qarşıdakı illərdəki əsas fəaliyyət planına daxil edilib. “Bakı şəhərində Velosiped Nəqliyyatı: İlkin Kompleks Baş Planı”nın birinci mərhələsində paytaxtın Böyükşor parkı - Olimpiya stadionu, Elmlər Akademiyası, Bulvar, ikinci mərhələsində isə İçərişəhər, Sovetski - Qış parkı, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Dədə Qorqud parkı, Atatürk parkı, N.Nərimanov parkı, Ağ Şəhər, Sahil parkı, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi istiqamətindəki yollarda velosiped yollarının təşkili nəzərdə tutulmuşdur. Müzakirə mərhələsində olan layihələrdən biri də Bakı Olimpiya Stadionu ilə Böyükşor gölünün ətrafında 18 kilometrlik velosiped yolunun təşkili ilə bağlıdır. Eyni zamanda şəhərin mərkəzini əhatə edən velosiped yol şəbəkəsinin tətbiqi istiqamətində təhlillər aparılır. Qarşıdakı illərdə Bakı şəhərində də velosiped yolları və duracaqları yaradılacaq və əhali rahat şəkildə velosipeddən istifadə edəcək. Məlumat üçün bildiririk ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində artıq velosiped yolları və dayanacaqları quraşdırılaraq insanların istifadəsinə verilib", - BNA-dan bildirilib.

Əhalini velosiped sürməyə təşviq edən aksiyalara tam dəstəyini ifadə edərək bu cür təşəbbüsləri BNA alqışlayır. Bu dəstəyin nümunəsi olaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar Bakıdakı Veloparkda “Az avtomobil - çox həyat” devizi altında təşkil edilən veloyürüşə Bakı Nəqliyyat Agentliyinin 30 nəfərdən ibarət kollektivi də qatılmışdır. Veloyürüşdə iştirakına və tədbirə dəstəyinə görə Bakı Nəqliyyat Agentliyinin komandası diplomla təltif edilib.

скачать dle 11.3
Mojo.az Banner