İki bacı dəm qazından boğulub öldü - FOTO
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti, 90 ünvanında qeydə alınıb.
Şəhər sakini, 24 yaşlı Roza İbadova və onun bacısı, 17 yaşlı Emilya Mobilçenko yaşadıqları mənzildə qazdan boğularaq ölüblər. Hadisənin vanna otağında baş verdiyi bildirilir.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.



