Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
Mojo.az Avto
Mojo.az Avto

Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb

08.04.2019 23:43 1 653
Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl oğurlayıb
Bakıda xadimə işlədiyi evdən 40 min manatlıq qızıl-zinət əşyaları oğurlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nizami rayon Polis idarəsinin 25-ci polis şöbəsinə rayon ərazisindəki mənzillərin birindən naməlum şəraitdə 40000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən orada xadimə işləyən Bakı şəhər sakini S.Abdulova saxlanılıb.

Araşdırma aparılır.//qafqazinfo.az

Son xəbərlər