Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Dilqəm və Şahbazla bağlı Ermənistana verilən vaxt bitdi - QƏRAR yaxın günlərdə açıqlanacaq

05.04.2019 16:40 1 697
Dilqəm və Şahbazla bağlı Ermənistana verilən vaxt bitdi - QƏRAR yaxın günlərdə açıqlanacaq
Avropa Şurası erməni hərbi birləşmələri tərəfindən girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı müsbət qərarını yaxın vaxtlarda açıqlayacaq.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, bunu Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, Ermənistan tərəfi Avropa Şurasından bu ilin mart ayına qədər vaxt istəmişdi:

"Mart ayına qədər Ermənistan tərəfi öz mövqeyini bildirməli idi. Avropa İnsan Haqları Məhkəməsi də onlara bu vaxtı vermişdi. Artıq aprel ayıdır. Mən tam əminliklə deyə bilərəm ki, qısa zaman ərzində məsələ öz həllini tapacaq".

O vurğulayıb ki, yaxın müddətdə Avropa İnsan Haqları Məhkəməsi öz qərarını elan etməlidir:

"Çünki işin gedişatı, icraat bunu deməyə əsas verir. İş artıq yekunlaşmaq üzrədir. Əminəm ki, bu iş üzrə bizim ədalətli mövqeyimiz nəzərə alınacaq, Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqları müdafiə olunacaq və ədalətli, doğru qərar qəbul ediləcək".

A.Bağırov qeyd edib ki, Avropa İnsan Haqları Məhkəməsi qərar çıxarsa, Ermənistan tərəfinin bu qərarı icra etməmək imkanı yoxdur.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər