Mojo.az Banner
14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |     13:15 “Roşka”ya da hökm oxundu - 16 ay həbsdə qalacaq  |     13:14 Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu (Yenilənib)  |    
Mojo.az Avto
Mojo.az Avto

AŞPA-dan Ermənistanın girovluqda saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı - Bəyanat

28.06.2019 15:41 1 645
AŞPA-dan Ermənistanın girovluqda saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı - Bəyanat
AŞ PA-nın yay sessiyası çərçivəsində qurumdakı nümayəndə heyətimiz Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən "İki azərbaycanlı mülki şəxsin humanitar məsələsi: Dilqəm Əsgərov və Şahbaz Quliyev" adlı tədbir keçirilib.

Median.Az Trend-ə istinadən bildirir ki, tədbirdə azərbaycanlı girovların acınacaqlı vəziyyətdə saxlanılması, həyatlarının təhlükədə olması, səhhətlərinin ağır olması ilə bağlı məlumatlar verilib. Bütün bunları nəzərə alaraq, tədbir iştirakçıları bu iki azərbaycanlı girovun azad edilməsi məqsədilə Avropa Şurasının Baş katibinə, Avropa Şurası Parlament Assambleyasına və qurumun İnsan Hüquqları üzrə Müvəkkilinə bəyanat ünvanlayıblar. Bəyanat avropalı parlamentarilər tərəfindən imzalanıb və ünvanlandığı şəxslərə çatdırılıb. Bəyanat qurumun internet səhifəsində yayılıb.

Bəyanatda azərbaycanlıların hansı şəraitdə girov götürüldükləri diqqətə çatdırılaraq onların azad edilməsi üçün çağırışlar edilir.

Bəyanatda deyilir: "2019-cu il iyulun 11-də Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu yaxınlığında qohumlarının qəbirlərini ziyarət edərkən girov götürülməsinin beş ili tamam olacaq. Onlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma torpaqlarından zorla didərgin salınmış yüz minlərlə azərbaycanlı icmasını təmsil edirlər. Bu günə qədər onların azad edilməsi ilə bağlı bütün çağırışların rədd edilməsindən dərin narahatlıq duyuruq. Bildiririk ki, 2015-ci ildə onlarla bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilib. Cari il iyunun 25-də AŞ PA-da bu qurumdakı Azərbaycan nümayəndə heyətinin təşkil etdiyi tədbir zamanı bir daha xatırladıldı ki, Əsgərov və Quliyev həyatları üçün təhlükəli və ümidsiz vəziyyətdədirlər və bu vəziyyətə son qoyulması məqsədilə beynəlxalq ictimaiyyət onlara dair humanitar məsələ ilə bağlı qəti reaksiya göstərməlidir. Buna görə də təcili olaraq Avropa Şurasının Baş katibini, AŞ PA-nı və qurumun İnsan Hüquqları üzrə Müvəkkilini bu iki azərbaycanlı girovun pozulmuş hüquqlarını bərpa etmək üçün dərhal və qeyd-şərtsiz azad edilmələrini təmin etməyə çağırırıq. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin onların azad edilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik".скачать dle 11.3
Mojo.az Banner