“Tarqovı”da hasarlanan ərazi sabiq nazirin imiş - Füzuli Ələkbərovun mülklərinin SİYAHISI (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:39 Milli Məclis TƏSDİQLƏDİ: Naxçıvan Muxtar Respublikasının Konstitusiyası DƏYİŞƏCƏK  |     13:12 Azərbaycan nefti bahalaşıb  |     13:04 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki DƏYİŞİR  |     12:59 Azərbaycanlı tanınmış bəstəkarın Türkiyədə ölümünün TƏFƏRRÜATI  |     12:50 Hamilə qadınlara hansı tibbi xidmətlər PULSUZDUR?  |     12:23 Gəncədə gənclər arasında bıçaqlanma hadisələri artıb  |     12:20 İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı mini keçdi  |     12:13 Tanınmış biznesmenin oğlu Bakıda binadan yıxılaraq öldü - FOTO  |     12:11 Paraşütlə qayaya çırpılaraq həlak olan Nuranənin ölümü ilə bağlı ARAŞDIRMA APARILIR  |     12:08 Ölkəyə gizli yolla külli miqdarda kərə yağı və tük tökülməsi üçün vasitə gətirən şəxs yaxalandı  |     11:56 Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir  |     23:01 "Qarabağ" yoxlama oyununda uduzdu  |     22:52 Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı  |     22:07 Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"  |     21:56 Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayılıb - FOTO  |     21:50 Abşeron Gənclər Şəhərciyində mənzildə PARTLAYIŞ: Yaralılar var  |     21:30 Bakıda nəqliyyatdan istifadə edənlərin NƏZƏRİNƏ - Bundan sonra...  |     21:03 DTX və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ - DETALLAR (FOTO)  |     21:00 Karyerasını bitirən İvan Rakitiç "Hayduk"da çalışacaq  |     20:54 Türkiyənin vilayətlərindən Azərbaycana bəzi heyvanların gətirilməsinə məhdudiyyət qoyulub  |    

“Tarqovı”da hasarlanan ərazi sabiq nazirin imiş - Füzuli Ələkbərovun mülklərinin SİYAHISI (FOTO)

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun varidatı haqda yeni məlumatlar əldə edilib. 

Median.Az afn.az-a istinadən xəbər verir ki, nazir olduğu dönəmlərdə adı kifayət qədər geniş formada korrupsiyada hallanan sabiq məmurun özünə və ailəsinə məxsus olan və gəlir potensialına malik əmlakların, boş torpaq sahələrinin istifadəsiz qalması, vergilərinin ödənməməsi müzakirə mövzusudur. 

Uzun illərdir mübahisəli ərazi kimi gündəmdə olan Bakı şəhəri, Səbail rayonu, 156-cı məhəllə, Əliyarbəyov və X.Natəvan küçələrinin kəsişməsində, Fəvvarələr meydanının yaxınlığında yerləşən boş torpaq sahəsinin məhz F.Ələkbərova məxsus olması bildirilir. Kvadrat formasını təşkil edən torpaq sahəsi ilə bağlı Bakı Şəhəri İcra Hakimiyyəti başçısının “Mehmanxana, biznes və ticarət mərkəzi binasının layihələndirilməsi” haqqında Sərəncamı var. Torpaq sahəsinə görə Əmlak məsələləri üzrə Dövlət Komitəsi ilə 45 illik icarə müqaviləsi imzalanıb. Torpağın kadastr plan, ayrıc aktı və inşaat pasportu mövcuddur. Köhnə tikilinin yerini təşkil edən sahənin ümumi ölçüsü 0,175 ha təşkil edir.

Ərazi dayanacaq kimi fəaliyyət göstərir və araşdırmamız zamanı bizə verilən məlumata görə, vergisi verilmir. Daha əvvəllər də vurğulandığı kimi, hasarlanmış ərazinin mərkəzdə uzun illərlə qalması şəhərin arxitektura görünüşünə xələl gətirir ki, bu da Bakı kimi turizmi prioritet seçən şəhər üçün yolverilməz haldır. Hər tərəfdə qədimi binalar, yaşayış, abadlıq işləri aparılıb, amma ortada həmin ərazi hasarlanmış formada qalıb. Qeyd edək ki, tərəfimizdən bununla bağlı BŞİH-ə sorğu ünvanlanacaq. Eyni zamanda ərazidə fəaliyyət göstərən dayanacağın qanuni olub-olmaması, büdcəyə ödənişlərin edilib-edilməməsini dəqiqləşdirmək üçün Vergilər Nazirliyinə sorğu ünvanlanacaq.

F.Ələkbərova məxsus olan daha bir əmlak Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 100 ünvanında yerləşir.

Prospektin ikinci dərəcəli yolunda olan və daxilində tikili olan torpaq sahəsi hasarlanıb. Torpaq və tikinti sahələrinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı və texniki pasportu var. Torpaq sahəsi və tikili bina xüsusi mülkiyyətdədir. Ümumi sahəsi 0,303 ha təşkil edən torpaq sahəsində 226,3 m2 tikili mövcuddur (keçmiş “Moskva” mağazası). Su, qaz və işıqla təmin olunan və təmirə ehtiyacı olan tikili on ilə yaxındır nə tikilmir, nə də sökülüb yeri abadlaşdırılmır. Prospektdə yeni tikililər, yeni mərkəzlər yaradılsa da, orda heç bir iş getmir ki, bu da ümumi görünüşə xələl gətirir. 

Qeyd edək ki, H.Əliyev prospekti dövlət əhəmiyyətli magistral yol hesab olunur və uzun illərdir hasara alınmış bu ərazi ölkəmizə gələn xarici qonaqlarda heç də müsbət fikir formalşadırmır.

F.Ələkbərovun varidatının əsasını təşkil edən “İMPROTEX Motors”, “İmprotex Trucks&Buses” və "İmprotex İndustries" şirkətinin idarəçiliyində yol verilən qanun pozuntuları, eləcə də “İçərişəhər” Tarixi Memarlıq Qoruğu ərazisində, məşhur “Karvansaray” restoranı yaxınlığında yerləşən imarət və bununla yanaşı, keçmiş nazirin BƏƏ, Dubay və Avropada, o cümlədən Azərbaycanın rayonlarında mövcud olan əmlakları haqqında məlumatlar mövcuddur.







































скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 787 05.04.19 13:12