Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Bitkoinin qiyməti 5 min dolları keçib

04.04.2019 18:54 2 262
Bitkoinin qiyməti 5 min dolları keçib
Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti ötən ilin noyabr ayından bəri ilk dəfə 5 000 ABŞ keçərək 5 025 dollara çatıb.

Xatırladaq ki, vaxtilə bitkoinin 100 min dollara qədər bahalaşacağı ilə bağlı proqnozlar səslənirdi. Amma bu baş verməyib.

Ekspertlər mövcud vəziyyəti ABŞ-ın İstiqrazlar və Mübadilə Komissiyasının (SEC – Securities and Exchanges Comission) kriptovalyuta bazarının “əliəyri” iştirakçılarına qarşı kampaniyaya başlaması ilə əlaqələndirir. Bundan sonra bitkoinlə bağlı bədbin gözləntilər üstünlük qazanıb. Tanınmış iqtisadçı, ABŞ-ın Nyu-York Universitetinin Leonard Ştern Biznes Məktəbinin professoru Niruel Rubini kriptovalyuta macərasının 2018-ci ildə başa çatdığını bildirib. Bundan sonra əsas kriptovalyutalar, o cümlədən bitkoin dəyərdən düşüb, bu sahənin investorları əllərindəki rəqəmsal pulları tələm-tələsik satmağa çalışıb.

İndi isə bitkoinin bahalaşmasının səbəbləri və kriptovalyutanın gələcək perspektivləri barədə aktiv müzakirələr gedir. Mütəxəssislərin çoxu qiymət artımının möhtəkirlik olduğu qənaətindədir. Məsələn, “Veta” ekspert qrupunun direktoru Dmitri Jarski səbəb kimi bitkoinlə bağlı birdəfəlik satınalmanı göstərir: “ABŞ və Lüksemburqun birjalarında naməlum alıcılar 100 mln. dollar ödəyərək 20 min bitkoin alıb və bazarda canlanma yaradıb. Bitkoinin qiyməti 5 min dolları keçəndə zəncirvari şəkildə başqa kriptovalyutalara da maraq yarandı. Nəticədə bu bazara 170 mlrd. dollardan artıq sərmayə gəldi, gündəlik dövriyyə 14 mlrd. dolları üstələdi”.

Onun fikrincə, həmin alıcılar mənafeyini güdən sərmayəçilər qrupu və yaxud treydinq robotu ola bilər: “Həmin sövdələşmələrin vahid alqoritm idarəli sifariş olması da əvvəlcədən düşünülmüş plan təəssüratı yaradır”.

Bitkoinin bahalaşmasına əsas görmərən Rusiyadakı Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənov da möhtəkirliklə bağlı fikirləri bölüşür. Onun fikrincı, ən ağlabatan səbəb alqoritm sistemi vasitəsilə bir neçə birjadan bitkoinin satın almasını təşkil edən ayrıca alıcının olmasıdır: “Tələm-tələsik kriptovalyuta alanlar bundan sonra nə edəcəyini düşünürlər. Xüsusilə də 5 000 dollara yaxın vəsait ödəyənlər gözləmək və yaxud bitkoni satmaq barədə götür-qoy edirlər. Yaxın vaxtlarda daha yüksək qiymətə yeni alıcılar ortaya çıxmasa, onda 3 000 dollarlıq qiymətləri görə bilərik”. (Report.az)скачать dle 11.3
Mojo.az Banner