Mojo.az Banner
Left Banner
Right Banner

Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM

02.04.2019 18:03 2 155
Bu şəxslər üçün viza prosedurları sadələşdirildi - SƏRƏNCAM
Prezident İlham Əliyev YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirakla əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi aprelin 2-də AZƏRTAC dərc edib.

Sənədə əsasən, YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycan Respublikasına gələn, YUNESKO-nun rəsmi dəvət məktubunu və həmin təşkilatın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiqləyən sənədi təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2019-cu il iyunun 20-dən iyulun 10-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.скачать dle 11.3
Mojo.az Banner