Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək

01.04.2019 19:27 2 800
Soltan Hacıbəyovun 100 illik yubileyi qeyd ediləcək
Prezident İlham Əliyev Soltan Hacıbəyovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

2019-cu ilin may ayında görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, professor Soltan İsmayıl oğlu Hacıbəyovun anadan olmasının 100 illiyi tamam olur.

Soltan Hacıbəyov xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaratmışdır. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri vardır. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirmişdir. Soltan Hacıbəyov respublikanın mədəni və ictimai həyatında daim yaxından iştirak etmiş, pedaqoq kimi gənc kadrların hazırlanması istiqamətində uzun illər səmərəli fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına layiqli töhfələr vermiş görkəmli sənətkar Soltan Hacıbəyovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, SSRİ Xalq artisti Soltan Hacıbəyovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.скачать dle 11.3
Mojo.az Banner