Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:22 19 yaşlı şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu - Səbəb | 12:21 Nərə və qızılbalıq istehsalçılarına şad xəbər: Subsidiya veriləcək | 12:20 Pensiyalar 45 manat artacaq: 2027-ci il üçün proqnoz | 12:10 Azərbaycanda hava şəraiti ilə bağlı daha bir qurumdan xəbərdarlıq | 12:08 İrəvanda Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyan yenidən həbs edildi | 12:04 Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq | 12:03 Polad Həşimovun anasının son vəziyyəti açıqlandı | 12:03 İlham Əliyev: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək" | 12:02 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" | 12:01 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb | 11:59 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı | 11:59 Yaponiyada mobil rabitə böhranı: Zəng və SMS xidmətləri dayandı | 11:57 Azərbaycan nefti xeyli ucuzlaşdı | 11:56 İlon Mask bir gündə 30 milyard dollar itirdi | 11:55 Fransada banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı | 11:53 Azərbaycanda evli direktor müavini sevgilisi tərəfindən şantaj edildi - Təfərrüat | 11:49 Azərbaycanda çips vergiyə cəlb olunacaq | 11:45 Azərbaycanda bəzi mənzillər vergidən azad edilir | 23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək |
Mojo.az Avto
Mojo.az Avto

Seyid Şuşinskinin 130 illik yubileyi keçiriləcək

04.02.2019 18:54 2 720
Seyid Şuşinskinin 130 illik yubileyi keçiriləcək
2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.

Prezident İlham Əliyev Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinə Xalq artistinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabineti isə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb.

Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşadıb.

Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirib.

Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.

Son xəbərlər