Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi | 11:25 "Binance" istifadəçiləri vəsaitlərini kütləvi şəkildə çıxarırlar |
Mojo.az Avto
Mojo.az Avto

Aprel yağışla gəlir

30.03.2019 14:14 3 238
Aprel yağışla gəlir
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti təşkil edəcək. Atmosfer təzyiqi 770 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 31-də gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman olacaq.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.

Son xəbərlər