Mojo.az Banner
15:46 Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər  |     15:02 Bakıda ağır qəza: Sürücünün XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ (Video)  |     14:31 Bakı-Naxçıvan aviareysləri LƏĞV EDİLDİ - SƏBƏB  |     14:24 Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR  |     13:21 Bakı-Tbilisi-Bakı sərnişin qatarının bileti UCUZLAŞDI - FOTO  |     13:00 Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? – Ali Məhkəmədən izah  |     12:28 ADY-dən sərnişinlərə ŞAD XƏBƏR: Bilet satışının müddəti ARTIRILIR  |     12:18 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ  |     12:01 Azərbaycanda kasko sığortası ilə bağlı YENİLİK  |     11:50 "Arzum"un cinayət işinin BƏZİ DETALLARI - Hadisə yerindən qaçıb?  |     11:43 Qırğızıstan prezidenti nəvələrinə smartfonlardan istifadəni qadağan edib  |     11:24 Gözlənilən leysan və sel ilə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     11:09 Kəşfiyyat orqanlarına edilən kiberhücumlar məxfi saxlanılacaq  |     23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |    
Left Banner
Right Banner

Özəl klinikalarda peyvəndlər niyə bahadır? - Qiymətlər

29.03.2019 21:44 4 862
Özəl klinikalarda peyvəndlər niyə bahadır? - Qiymətlər
Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir.

Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Dünyada tibb sahəsində ən çox müzakirə olunan məsələlərdən olan peyvəndlə bağlı fikir ayrılıqları da mövcuddur. Bəzi valideynlər ümumiyyətlə peyvənd vurdurmağın əleyhinədir və bundan imtina edir.

Digər qrup valideynləri isə, xüsusilə narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur.

Median.Az
xəbər verir ki, azxeber.com uşaqlara 2 ayında vurulmalı olan İnfanrix hexa peyvəndinin qiyməti haqqında araşdırma aparıb.

Maraqlısı odur ki, istehsal ölkəsi eyni – Fransa və Belçika olan peyvəndin qiyməti özəl klinikalarımizda fərqlidir.

Araşdırmadan o da məlum olub ki, bəzi klinikalarda peyvəndin qiymətinə pediatr müayinəsi aid olsa da, bəzilərində bunun üçün əlavə ödəniş də etmək lazım olur.

Medera Hospitalda – Adıçəkilən peyvəndin qiyməti 200 manatdır, bundan əlavə də pediatr qəbulu üçün 50-60 manat arası ödəniş etmək lazımdır. Digər pediatrlar tərəfindən gondəriş qəbul olunmur.

German Hospitalda – Fransa istehsalı olan peyvəndin vurulması ilə pediatr qəbulu ilə birlikdə 200 manatdır.

HB Güvən klinikasında – Peyvəndin qiyməti 215 manatdır. Pediatr Altay Abdullanın qəbulu isə 59 manat təşkil edir. Digər pediatr tərəfindən gondəriş qəbul olunmur.

Mərkəzi Gömrük Hospitalında – 225 manat olan peyvəndin qiymətinə pediatr qəbulu da daxildir. Yalnız doktor Telman Aytayevin müayinəsi ilə birlikdə peyvəndin qiyməti 250 manat olur.

Caspian İnternational Hospitaldan isə bildirilib ki, hazırda onlarda İnfanrix hexa peyvəndi yoxdur. Son qiymət isə 230 manat olub.

Mərkəzi Klinikadan da bildirilib ki, hazırda bu peyvənd yoxdur, qiyməti isə dəyişkəndir. Son dəfə klinikada peyvəndin qiyməti 230 manat olub.

Belə olan təqdirdə, ortaya sual çıxır: Bəs görəsən, valideynlər nəyə görə peyvənd üçün dövlət poliklinikalarını deyil, özəl xəstəxanaları seçir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, nazirlik özəl klinikalarda olan qiymət fərqinə nəzarət etmir: ”Özəl klinikalar sahibkarlara məxsus olan tibb ocağıdır. Biz orada olan qiymətə qarışa bilmərik. Ancaq mən deyə bilərəm ki, dövlət poliklinikalarında edilən peyvəndlər tamamilə pulsuzdur və dərmanların tərkibi eynidir. Poliklinikalara bu peyvəndlər Hindistandan gəlir. Bilirsiz ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdəndir və onların peyvəndində problem olmur. Əgər qiymətlər bahadırsa, valideynlər dövlət poliklinikalarında pulsuz peyvənd etdirsinlər”.скачать dle 11.3
Mojo.az Banner