Mojo.az Banner
21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |     20:55 Azərbaycan beynəlxalq axtarışa verilən şəxsi Qırğızıstana təhvil verib  |     20:50 Yevlax–Bərdə dəmir yolu xəttində görülən işlər açıqlandı  |     20:44 Həbsdən əvvəl Bakıda "Kalaşnikov" gizlədibmiş  |     20:35 "Zevs"in qardaşına hökm oxundu  |     20:30 Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi  |     20:22 Həmyerlimizə ABŞ-də yüksək vəzifə verildi  |     20:17 Sabah çimərliklərdə gözlənilən hava açıqlandı  |     20:09 İlk dəfə Avropaya getdilər  |     20:04 Sabah yağış yağacaq  |     19:56 Mərkəzi Bankın valyuta ehtiyatları nə qədər artıb?  |     19:51 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı  |     19:43 "Bakı–Tbilisi istiqaməti üzrə heç bir turizm şirkətinə kvota ayırmırıq" - ADY  |     19:38 İnternet provayderləri üçün yeni öhdəliklər müəyyənləşir  |     19:30 Ağcabədidə çətənə kolları yetişdirən şəxs həbs edildi  |    
Left Banner
Right Banner

Uşaqlara vurulan peyvəndlərin fantastik qiymətləri: Dövlətdə pulsuz, özəldə 230 manat

29.03.2019 17:22 3 508
Uşaqlara vurulan peyvəndlərin fantastik qiymətləri: Dövlətdə pulsuz, özəldə 230 manat
Bəzi valideynlər uşaqda yaranan müəyyən narahatlıqları, xəstəlikləri iynədən sonrakı fəsad kimi qəbul etdikləri üçün peyvənddən imtina edir. Ancaq uşaq xəstəliklərinin profilaktikasında önəmli yeri peyvəndlərin vaxtında və düzgün aparılması tutur. Dünyada tibb sahəsində ən çox müzakirə olunan məsələlərdən olan peyvəndlə bağlı fikir ayrılıqları da mövcuddur. Bəzi valideynlər ümumiyyətlə peyvənd vurdurmağın əleyhinədir və bundan imtina edir.

Digər qrup valideynləri isə, xüsusilə narahat edən göyöskürək, difteriya, tetanus (AkDS) peyvəndidir. GDT peyvəndi 2,4,6 ayında vurulur və 18 ayında revaksinasiya olunur.

Azxeber.com uşaqlara 2 ayında vurulmalı olan İnfanrix hexa peyvəndinin qiyməti haqqında araşdırma aparıb.

Maraqlısı odur ki, istehsal ölkəsi eyni - Fransa və Belçika olan peyvəndin qiyməti özəl klinikalarımizda fərqlidir.

Apardığımız araşdırmadan o da məlum oldu ki, bəzi klinikalarda peyvəndin qiymətinə pediatr müayinəsi aid olsa da, bəzilərində bunun üçün əlavə ödəniş də etmək lazım olur.

Medera Hospitalda – Adıçəkilən peyvəndin qiyməti 200 manatdır, bundan əlavə də pediatr qəbulu üçün 50-60 manat arası ödəniş etmək lazımdır. Digər pediatrlar tərəfindən gondəriş qəbul olunmur.

German Hospitalda – Fransa istehsalı olan peyvəndin vurulması ilə pediatr qəbulu ilə birlikdə 200 manatdır.

HB Güvən klinikasında – Peyvəndin qiyməti 215 manatdır. Pediatr Altay Abdullanın qəbulu isə 59 manat təşkil edir. Digər pediatr tərəfindən gondəriş qəbul olunmur.


Mərkəzi Gömrük Hospitalında – 225 manat olan peyvəndin qiymətinə pediatr qəbulu da daxildir. Yalnız doktor Telman Aytayevin müayinəsi ilə birlikdə peyvəndin qiyməti 250 manat olur.
 
Caspian İnternational Hospitaldan isə bildirilib ki, hazırda onlarda İnfanrix hexa peyvəndi yoxdur. Son qiymət isə 230 manat olub. 
 
Mərkəzi Klinikadan da bildirilib ki, hazırda bu peyvənd yoxdur, qiyməti isə dəyişkəndir. Son dəfə klinikada peyvəndin qiyməti 230 manat olub. 

Belə olan təqdirdə, ortaya sual çıxır: Bəs görəsən, valideynlər nəyə görə peyvənd üçün dövlət poliklinikalarını deyil, özəl xəstəxanaları seçir? 
 
Azxeber.com məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
 
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, nazirlik özəl klinikalarda olan qiymət fərqinə nəzarət etmir: ”Özəl klinikalar sahibkarlara məxsus olan tibb ocağıdır. Biz orada olan qiymətə qarışa bilmərik. Ancaq mən deyə bilərəm ki, dövlət poliklinikalarında edilən peyvəndlər tamamilə pulsuzdur və dərmanların tərkibi eynidir. Poliklinikalara bu peyvəndlər Hindistandan gəlir. Bilirsiz ki, Hindistan bu sahədə qabaqcıl ölkələrdəndir və onların peyvəndində problem olmur. Əgər qiymətlər bahadırsa, valideynlər dövlət poliklinikalarında pulsuz peyvənd etdirsinlər".

скачать dle 11.3
Mojo.az Banner