Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Ehtiyatlı olun: Bakıda saxta bank işçiləri peyda olub

28.03.2019 23:05 1 688
Ehtiyatlı olun: Bakıda saxta bank işçiləri peyda olub
Xarici ölkədə fəaliyyət göstərən bank adından Bakıda vətəndaşa qarşı dələduzluq etmək istəyiblər.

Hadisə Yardımlı sakini Nail Ağaverdiyevin başına gəlib. ''Xəzər Xəbər''ə müraciət edən həmin şəxs deyir ki, bir neçə gün əvvəl sosial şəbəkədə ona Samira adlı bir qadın yazıb. Qadın Fransadakı banklardan birinin əməkdaşı olduğunu deyərək, Nail Ağaverdiyevə kredit götürməyi təklif edib. Nail Samira adlı qadından 5 min dollar götürmək istədiyini deyib. Qadın onunlatürk dilində yazışdıqdan sonra mobil telefon nömrəsini istəyib.

Median.Az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə dəqiqə sonra ''+229 60 46 11 22'' nömrəli mobil telefondan Nail Ağaverdiyevə ''votsap''dan mesaj gəlib. Özünü Fransada bank müdiri kimi qələmə verən şəxs Nail Ağaverdiyevin ad və soyadına yazılmış və möhürlü bir müqavilə sənədi göndərib. Məlumat verib ki, həmin müqavilə sənədini çap edərək imzalasın və təkrar mobil telefon vasitəsilə şəklini çəkib onlara göndərsin. Ardından isə 143 dolları ödəmək üçün bir hesab nömrəsi göndərib.

Nail Ağaverdiyev bunun bir dələduzluq olduğunu anlayıb və tələb edilən məbləği göndərməyib. Araşdırma zamanı məlum olub ki, həmin mobil nömrə Afrika qitəsində yerləşən Benin Respublikasına məxsusdur. Hüquqşünas Anar Ramazanov xarici ölkədə olan hansısa bir bankın telefon vasitəsilə yazışaraq vətəndaşa kredit verməsinin mümkün olmadığını deyir.

Hüquqşünas bu kimi faktla üzləşən şəxslərə ərazi üzrə polis idarəsinə müraciət etməyi tövsiyyə edir.

Son xəbərlər