Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

“ASAN” niyə “DOST”u qəbul etmədi? - Nazir açıqladı

28.03.2019 19:13 4 019
“ASAN” niyə “DOST”u qəbul etmədi? - Nazir açıqladı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin iş funksiyasının “ASAN xidmət”lə eyni olması və bu xidmətin “ASAN”a verilməməsinə münasibət bildirib.

Sahil Babayev bildirib ki, nazirlik tərəfindən bu xidmətin reallaşması barədə “ASAN xidmət”ə təklif göndərilsə də, onlar bununla razılaşmayıblar:

“ASAN xidmət” orta təbəqəyə xidmət göstərir. Onların kontingenti 500 min - 1 milyon arasındadır. “DOST”un kontingenti isə 2.8 milyondur. Biz “ASAN”la bu məsələni müzakirə edəndə onlar buna hazır olmadıqlarını bildirdilər. Çünki burada biznesmenlər, sahibkarlar növbə gözləyir. Onlarla bərabər əlilliyi olan şəxsin müraciət edib gözləməsi düzgün gəlmirdi. Çünki onlar həssas təbəqədir. Həm də say baxımından çox kontingentin olması və onlara xidmət göstərməyin çətinliyi ilə əlaqədar “ASAN xidmət” onlara birləşməməyi təklif etdi”.

“Biz “DOST” mərkəzlərində işçilərimizi də sosial və psixoloji cəhətdən hazırlayırıq. Onlar hər gün yüzlərlə belə şəxslə görüşəcəklər” - deyə nazir qeyd edib.скачать dle 11.3
Mojo.az Banner