Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəzərin Azərbaycan hissəsinin adaları, palçıq vulkanları rusiyalı alimlərlə birgə öyrəniləcək

27.03.2019 20:36 1 990
Xəzərin Azərbaycan hissəsinin adaları, palçıq vulkanları rusiyalı alimlərlə birgə öyrəniləcək
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru Elman Yusifov Rusiya Elmlər Akademiyası Bitki və Heyvanların Ekologiyası İnstitutunun direktoru M.Qolovatinin dəvəti ilə həmin institutda elmi ezamiyyətdə olub.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, əsas məqsəd Ural dairəsi ilə Azərbaycan ərazilərinin bioloji müxtəlifliyinin, o cümlədən Xəzər hövzəsi çaylarının hidrofaunasının müqayisəli analizinin tədqiqi, həmçinin birgə əməkdaşlıq müqaviləsinin hazırlanması olub.

E.Yusifov institutun elmi şura və seminarında çıxış edərək Azərbaycanın fauna müxtəlifliyi, Zoologiya İnstitutunda bu istiqamətdə aparılmış elmi tədqiqatlar və alınmış nəticələr barədə məlumat verib. Azərbaycanlı alim birgə fəaliyyət barədə təkliflərini səsləndirib.

Rusiyalı həmkarlara birgə multidisiplinar tədqiqatlar aparılması, Xəzərin bioloji müxtəlifliyinin öyrənilməsi, Xəzərin fauna kadastrının hazırlanması, beynəlxalq laboratoriyanın yaradılması, nadir və nəsli kəsilməkdə olan fauna növlərinin kateqoriya və statusunun öyrənilməsi, Ural və Kür çaylarının hidrofaunasının müqayisəli analizi, Xəzər suitisi və Arktika suitilərinin filogeniyasının tədqiqi, birgə paleozooloji tədqiqatlarını aparılması təklif edilib. Eyni zamanda, Xəzərin Azərbaycan hissəsinin adalarının, palçıq vulkanlarının bioloji müxtəlifliyinin öyrənilməsi, köçəri quşların miqrasiya yollarının birgə öyrənilməsi, "Avrasiyada heyvanların ekologiyası" adlı beynəlxalq jurnalın dərc edilməsi üzrə razılıq əldə edilib.скачать dle 11.3
Mojo.az Banner