Mojo.az Banner
19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |     14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib

25.03.2019 20:03 2 327
Azərbaycan millisi yoldaşlıq oyununda heç-heçə edib
Futbol üzrə Azərbaycan millisi yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ilk yoxlama oyununu keçirib.

Median.Az
report-a istinadən xəbər verir ki, martın 21-də AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya kollektivinə 1:2 hesabı ilə uduzan yığma Litva komandasını qəbul edib.

"Bakcell Arena"da baş tutan matç qolsuz bərabərlik qeydə alınıb.

Baş məşqçi qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alıb. Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev meydana çıxıb.

N.Yurçeviç millinin AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesabı ilə uduzduğu oyunla müqayisədə start heyətində 4 dəyişiklik edib. Rahil Məmmədov, Şəhriyar Rəhimov, Mahir Mədətov və Dimitri Nazarov bu dəfə ehtiyatda qalıb. Onları müvafiq olaraq A.Krivotsyuk, T.Xəlilzadə, A.Abdullayev və R.Dadaşov əvəzləyib.

Matçın ilk yarısı Azərbaycan millisinin üstünlüyü şəraitində keçsə də, rəqib qapısı önündə real qol vəziyyəti yaratmaq mümkün olmayıb. R.Şeydayev, E.İsrafilov və R.Dadaşov bir neçə epizodda zərbə endirsələr də, Litva yığmasının qolkiperi Dzyuqas Bartkus etibarlı oynayıb.

Fasilədən dərhal sonra R.Almeydanı əvəzləyən D.Nazarov ardıcıl 2 dəfə qapını yoxlayıb, lakin məntiqi nəticə olmayıb.

Matçın 64-cü dəqiqəsində A.Abdullayevi M.Mədətov əvəzləyib. Bir qədər sonra isə R.Dadaşovun yerinə Namik Ələskərov oyuna qoşulub. 75-ci dəqiqədə isə zədələnən E.İsrafilovu Əli Babayev dəyişib. Bundan 10 dəqiqə sonra Emin Mahmudov Q.Qarayevi əvəzləyib.

İlk yarıda olduğu kimi, ikinci hissədə də diqtə edən tərəf Azərbaycan millisi olub. Lakin bütün cəhdlərə baxmayaraq matçda hesab açılmayıb - 0:0.

Görüşü AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiya kollektivini qəbul edəcək.скачать dle 11.3
Mojo.az Banner