Mojo.az — elanlar
Son Xəbərlər
22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Uruqvayla Azərbaycan arasında iqtisadi əlaqələr genişləndiriləcək

23.03.2019 21:07 2 447
Uruqvayla Azərbaycan arasında iqtisadi əlaqələr genişləndiriləcək
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov uruqvaylı həmkarı Rodolfo Nin Novoa ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin uğurlu inkişafı təqdir edilib və əməkdaşlığı daha da inkişaf etdirmək niyyəti ifadə olunub.

İqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, təhsil, mədəniyyət və turizm sahəsində mövcud olan geniş əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi və bu istiqamətdə konkret addımlar atılmasının vacibliyi vurğulanıb.

E.Məmmədyarov Azərbaycanın ötən il Uruqvaya ən çox neft ixrac edən 5 ölkədən biri olması faktının ikitərəfli ticarət əlaqələrinin inkişafı istiqamətində uğurlu nümunə olduğunu qeyd edib. Latın Amerikasının bir sıra dövlətlərinin artıq Azərbaycan ərazisindən keçən tranzit-nəqliyyat infrastrukturdan yararlanaraq, Asiya regionuna çıxış əldə etdiyini qeyd edib və Uruqvay tərəfinin də bu imkanlardan istifadə etməsinin mümkünlüyünü bildirib.

Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli üzrə danışıqlar prosesinin cari vəziyyəti haqqında məlumat verib və Uruqvayın münaqişənin həllinə dair beynəlxalq hüquqa əsaslanan mövqeyini məmnunluqla qarşılandığını ifadə edib.

Öz növbəsində, R.Novoa, ümumiyyətlə, Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətində olduqlarını qeyd edib. Münaqişə mövzusunun ölkəmiz üçün həssaslığını anladıqlarını vurğulayan nazir ölkəsinin beynəlxalq hüquqa və hər iki dövlətin üzv olduğu beynəlxalq təşkilatlar tərəfdən qəbul edilmiş sənədlərə əsaslanan mövqeyinin dəyişilməz qalacağını bildirib.

E.Məmmədyarov Azərbaycan və Uruqvay arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın olduğunu, beynəlxalq gündəmdəki əksər məsələlərdə mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. Qoşulmama Hərəkatının cari ilin oktyabr ayında Bakıda keçiriləcək zirvə toplantısında Uruqvay tərəfinin də yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu bildirib.

Görüşdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) və Uruqvay Beynəlxalq Əməkdaşlıq Agentliyi arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi razılaşdırılıb.

Son xəbərlər