Mojo.az Banner
23:02 Bu 4 bürc üçün şanslı dövr başlayır  |     22:57 "Qarabağ" bu dəfə DÇ-2026-nın iştirakçısını transfer edir  |     22:50 Rusiya bombaladı, 13 yaşlı idmançı öldü  |     22:44 Quşların azmadan minlərlə kilometr uçmasının sirri  |     22:39 Süni intellekt 55 yaşdan yuxarı işçilərin işdən çıxarılma ehtimalını artırır  |     22:32 Alimlər suyun beyin və psixologiyaya təsirini araşdırırlar  |     22:27 Reklam olunan bu məhsullarda təhlükəli maddə tapılıb  |     22:18 DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA  |     22:13 Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib  |     22:07 "Neftçi" son yoxlama oyununda "Osiyek"ə uduzdu  |     22:02 Kəlbəcərdə çaya düşən yeniyetmənin axtarışları aparılır - TƏFƏRRÜAT  |     21:54 Makron Fransa ordusunu müharibələrə hazırlaşmağa çağırdı  |     21:49 DÇ-2026-dan kənarlaşdırılan niderlandlı hakim 38 yaşında öldü  |     21:41 İran region ölkələrini təhdid etdi  |     21:36 Biznesmenin dörd milyonunu ələ keçirən şəxslərin cəzası bəlli oldu  |     21:28 Ən etibarlı avtopilot sistemləri olan avtomobillər açıqlandı  |     21:22 Qohumunun evindən 19 min 590 manatlıq qızıl oğurladı  |     21:14 Sabah deputatlar tətilə çıxacaq  |     21:09 Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya  |     21:02 Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia  |    
Left Banner
Right Banner

Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb

18.09.2019 19:40 2 008
Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Xarici İşlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin 2014-cü ildə qəbul olunmuş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanata əsaslandığını, daimi əsasda yüksək səviyyəli siyasi dialoqun aparıldığı, qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirildiyi, iqtisadi, mədəniyyət, elm-təhsil sahələrində geniş əməkdaşlığın mövcudluğu qeyd olunub.

İtaliya tərəfi Prezident Sercio Mattarellanın ötən il Azərbaycana səfərindən və səfər vaxtı Prezident İlham Əliyev ilə apardığı müzakirələrdən məmnunluğunu ifadə edib və yüksək səviyyəli səfərlərdə mövcud dinamikanın davam etdirilməsinin əlaqələrin daha da dərinləşməsi üçün əhəmiyyətini vurğulayıb. Nazir Luici Di Maio İki ölkə arasında geniş iqtisadi gündəliyin mövcudluğunu, italyan şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyətindən məmnunluğunu və Azərbaycanda yeni iqtisadi imkanlardan faydalanmaqda marağını ifadə edib.

Nazir Elmar Məmmədyarov İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı və ən böyük ixrac məntəqəsi olduğunu, Azərbaycanın isə İtaliyanın ən böyek xam neft təchizatçısı və italyan malların Cənubi Qafqazda əsas idxalçısı olduğunu deyib. İqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün istər Avropanın, istərsə də İtaliyanın enerji təhlükəsizliyinə töhfə olacaq Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəmərinin əhəmiyyətini vurğulayıb və boru kəmərinin tikintisin razılaşdırılmış qrafik üzrə başa çatdılmasının vacibliyini deyib.

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına İtaliyanın töhfələri, transmilli nəqliyyat layihələrinin həyata keçirilməsində Azərbaycanın rolu, regional təhlükəsizlik mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların indiki mərhələsi barədə qarşı tərəfi məlumatlandırıb və ATƏT-in Minsk Qrupunun üzvü kimi İtaliyanın məsələni daim diqqətdə saxlamasının vacibliyini bildirib.//report.azскачать dle 11.3
Mojo.az Banner